Bakıda dəhşətli cinayət
Anasına mesaj yazdığına görə 13 bıçaq zərbəsi vurdu
2019-cu il dekabrın 20-i gecə saat 3 radələrində bir nəfərin 3 saylı Şəhər Klinik Xəstəxanasına çoxsaylı bıçaq xəsarətləri ilə daxil olması barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat verilib.
Xəzər RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb, günorta saatlarında hadisəni törədən 2000-ci təvəllüdlü Murad İmaməliyev zəng edib, könüllü şəkildə olduğu yeri polis əməkdaşına bildirərək, təslim olub.
İstintaqla müəyyən edilib ki, dekabrın 19-da Murad İmaməliyev yaşadığı evdə anasına məxsus mobil telefona baxarkən anasının iş yoldaşı Şahin Yusifovdan “WhatsApp”a mesaj gəldiyini görüb. Anasına qarşı nalayiq ifadələr işlətməsini görüb, bundan qəzəblənərək dekabrın 20-i gecə saat 1 radələrində mətbəxdən götürdüyü bıçağla Ş.Yusifova 13 zərbə vurub.
Cinayət işi istintaqın davam etdirilməsi üçün Xəzər rayon prokurorluğuna göndərilib.
Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İmaməliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"