“Bəzi məmurlar Prezident-xalq münasibətlərinə xələl gətirən qərarlar qəbul edir”

13:35 05-01-2021 | icon 1003 | Sosial
“Bəzi məmurlar Prezident-xalq münasibətlərinə xələl gətirən qərarlar qəbul edir”

Ehtiram Mehtiyev: “Ümid edirəm ki, cənab Prezident bu arzuolunmaz qərarı xalqın xeyrinə dəyişəcək”

 

"Pandemiyanın ciddi iqtisadi böhran yaratdığı bu dönəmdə iş yerlərinin bağlanması, ixtisarlar, işsizlik millətin sosial durumuna təsirsiz ötüşməyib. Demək olar ki, insanların qazancı sıfıra düşüb. Kimisi öz kisəsindən yeyir, kimisi də yarı tox, yarı ac gününü yola verir. İndiki vəziyyətdə qiymət artımı yolverilməzdir.

 

Bunu Versus.Az-a benzinin qiymətinin artırılması ilə bağlı açıqlamasında MCP sədr müavini, Milli Məclisdə deputat köməkçisi Ehtiram Mehtiyev bildirib.

 

Deputat köməkçisi vurğulayıb ki, Tarif Şurasının benzinin qiymətinin qaldırılmasını "keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi" ilə əsaslandırması bəhanədir:

 

“Xalqa "modernləşdirmə", "avrostandartlar" lazım deyil. Biz də yaxşı bilirik ki, Azərbaycanda benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Çünki onlara nefti biz satırıq... İlin-günün bu vaxtında belə qərarlar verəndə xalqı da düşünmək lazımdır. Axı ehtiyacı olan bir insan üç saatlıq icazə alıb, nə iş görə bilər, nə qədər qazana bilər? Bax belə qərarlar verərkən sadəcə bircə gün özünüzü xalqın yerinə qoyun. Görün belə şərtlər altında yaşamaq mümkündürmü? Hər kəs evində oturub Allaha dua etməkdən başqa əlindən bir iş gəlmir”.

 

Ehtiram Mehtiyevin fikrincə, hələ tezdir artım haqqında danışmaq, amma bu arzuolunmaz səslənsə də, qiymət artımı bütün sahələrə təsir edəcək:

 

“Prezident İlham Əliyev xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edir. Ölkə başçısı böhran şəraitində də sosial öhdəlikləri reallığa çevirir. Amma görünür bəzi məmurlar Prezident-xalq münasibətlərinə xələl gətirən qərarlar qəbul edir. Ümid edirəm ki, cənab Prezident bu arzuolunmaz qərarı xalqın xeyrinə dəyişəcək”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...