Qəribə məxluq pasiyenti qorxutdu - FOTO

09:50 06-01-2021 | icon 346 | Maraqlı
Qəribə məxluq pasiyenti qorxutdu - FOTO

Avstraliyalı qadının qaldığı xəstəxananın havalandırma sistemində gizlənən “sirli məxluq”la bağlı paylaşımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

 

News.com.au-nun məlumatına görə, qadın bununla bağlı fotoları özünün “Facebook” səhifəsində paylaşıb.

 

Məlumata görə, xəstənin gəlini qayınanasının yatağının üzərində havalandırma sistmindən ona qeyri-adi bir varlığın baxdığını görüb. Bir neçə dəfə eyni hal təkrarlanandan sonra qadın onun şəklini çəkib, sosial şəbəkədə paylaşıb.

 

“O, gözlərini qırpır, hərəkət edir və otağı süzürdü. Bəzən orada olurdu, bəzənsə yox”, - deyə öz paylaşımında bildirib.

 

Qəribəliklər bununla bitməyib. Belə ki, qadının sözlərinə görə, qaynanası tibb bacılarının onu tez-tez narahat etməsindən, yuxudan oyatmasından şikayətlənib. Lakin sonradan məlum olub ki, həmin vaxt otağa heç kim girmir.

 

Yaşlı qadın isə dediyində israrlı olub.

Bu paylaşım sosial mediada böyük müzakirələrə səbəb olub. Bəziləri bunun kiminsə “ruhu” olduğunu deyir, başqası isə qadının sadəcə psixoloji sarsıntı keçirdiyini bildirib.

 

Bir qrup istifadəçi isə bunu zərərverici gəmiricilər ola biləcəyi ehtimalını irəli sürərək, xüsusən pandemiya dövründə belə halın yolverilməz olduğunu bildiriblər və xəstəxana barədə şikayət verməyi tövsiyə ediblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...