Azərbaycanda “Zəfər” adlı yeni mis-qızıl yatağı kəşf edildi - FOTO

16:08 19-01-2021 | icon 443 | İqtisadiyyat
Azərbaycanda “Zəfər” adlı yeni mis-qızıl yatağı kəşf edildi - FOTO

Azərbaycanda yeni faydalı qazıntı yatağı kəşf edilib. 

 

Bu barədə ölkəmizdə qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkəti məlumat verib.

 

Bu yataq Gədəbəy Müqavilə Sahəsində xəritələşdirmə proqramı nəticəsində aşkar edilib. Ərazi şirkətin Gədəbəy emal zavodunun təxminən 1,5 kilometr şimal-qərbində yerləşir.

 

 

İlkin qazıntılar zamanı 113 metr üçün 0,5 faiz mis və bir ton üçün 0,7 qram qızıl əldə edilib. Bu günə qədər ümumi qazma əməliyyatları nəticəsində isə maksimum dərəcədə - 6 faizə qədər mis, 14,6 faizə qədər sink və bir ton üçün 12,4 qram qızıl hasil edilib.

 

 

“Anglo-Asian Mining Plc” şirkətinin icraçı direktoru Reza Vəziri yeni yatağın kəşfini müstəsna hal kimi qiymətləndirib və şirkətin “Zəfər” yatağının kəşf edildiyini elan etməkdən qürur hissi keçirdiyini bildirib. Onun sözlərinə görə, bu kəşf Gədəbəy Müqavilə Sahəsinin davamlı potensialını və geoloji kəşflərlə bağlı qazma proqramlarının effektivliyinə inamı nümayiş etdirir.

 

 

Şirkətin Geologiya və mədən sənayesi direktoru Stefın Vesthed “Zəfər” yatağını yüksək prioritetli faydalı qazıntıları olan yataq kimi dəyərləndirib və ilkin qazma işləri zamanı ümumi 7 min 675 metr uzunluğunda qazıntı işlərinin aparıldığını, 12 qazma çuxurunun tamamlandığını bildirib. O əlavə edib ki, ərazidə üç minerallaşmış zona müəyyən edilib.

 

 

Qeyd edilib ki, ərazidə minerallaşma səviyyəsinin daha dərindən öyrənilməsi üçün geoloji kəşfiyyat qrupu iqtisadi qiymətləndirmə üçün əraziyə cəlb olunacaq. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı