“Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan”

16:04 01-03-2018 | icon 722 | Təhsil
“Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan”

UNEC-in müəllim və tələbələrinin populyar iqtisadi platforması olan “ISE Economic Talks”a bu dəfə də dünya gündəminin ən çox müzakirə olunan mövzusu çıxarılıb. UNEC-in “Beynəlxalq İqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Fəxri Məmmədov “Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan” mövzusunda çıxış edib.

Universitetdən versus.az-a verilən məlumata görə, bu sahədə şəxsi təcrübəsini tələbələrlə paylaşan gənc müəllim məsələyə qlobal səviyyədə də yanaşıb. O, dünya iqtisadi və maliyyə sistemində baş verən institutsional dəyişikliklər çərçivəsində Azərbaycanın mövqeyini, kriptovalyutalara Azərbaycandakı yanaşamanı və gələcək perspektivləri təqdim edib.

“ISE Economic Talks” layihəsinin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” təşkil olunur. Ayda iki dəfə keçirilən müzakirələrin mövzuları səsvermə yolu ilə seçilir. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdirilir. Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumu olan Diskurs.az-da da yayımlanır.

“ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un ilk gününün GÜNDƏLİYİ

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ

İmtahandan uğurla keçən müəllimlərin SAYI

"0000 Kilometre” melodramının qala-gecəsi keçirilib

Azərbaycanda COP29 BAŞLADI

COP29-da belə QORUNACAĞIQ