Yanğın söndürərkən başdan-ayağa buzla örtülüblər


Rusiyanın Yakutiya bölgəsində xilasedicilər mənfi 54 dərəcə temperaturda yanğın söndürərkən başdan-ayağa buzla örtülüblər. Onların işlərini bitirdikdən sonra müstəqil şəkildə əyinlərini dəyişməsi qeyri-mümkün olub.
“Podyom” “Telegram” kanalı bununla bağlı kadrlar yayımlayıb.
Görüntülərdə köməyə gələn həmkarların xüsusi alətlərlə kəməri boşalda bildikləri əks olunub. Paltardakı buzu isə çəkic və balta ilə təmizləmək mümkün olub.
Xəbər lenti

Bu gün Od çərşənbəsidir
Ona bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyirlər