Bu sahibkarların qeydiyatından İMTİNA EDİLDİ
Qida məhsulları sahəsində fəaliyyət göstərən 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Versus.az xəbər verir ki, qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər aşağıdakılardır:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
"PƏRVİZ İKF" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 |
SABİT MƏMMƏDOV SEYYAB OĞLU |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 |
ELXAN ALIYEV MƏTİ OĞLU |
İctimai iaşə |
Sahibkar fəaliyyətini dayandırıb |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"