Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi - YENİLİK
Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının müəyyənləşdirilməsi dəyişdirilir.
Versus.Az xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliklərdə sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən olunması təklif edilir.
Layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"