İşğaldan azad olunan ərazilərdə 10 seysmik stansiya quraşdırılacaq
“Bu il Şuşa və Cəbrayılda seysmik stansiyaların quraşdırılması üçün qiymətləndirilmə aparılacaq”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, mərkəz tərəfindən növbəti beş ildə işğaldan azad edilmiş ən azı iki rayonda seysmik stansiyaların açılması planlaşdırılır:
“Bilirsiniz ki, həmin ərazilərin əksəriyyəti minalanıb. Müvafiq icazə verilən kimi ərazidə qiymətləndirilmə aparılacaq. Seysmik stansiyaları istənilən yerdə quraşdırmaq olmaz. Mütəxəssislər əraziyə baxış keçirilməlidir. Çünki avadanlıqların parametrləri strukturla uyğun olmalıdır. Qiymətləndirilmə aparıldıqdan sonra yer seçiləcək və seysmik stansiyalar quraşdırılacaq.
Hazırda RSXM-də avadanlıqlar var. Torpaqlarımız işğaldan azad olunduğu üçün avadanlıqları həmin ərazilərdə quraşdırmağa qərar verdik”.
V.Rafiqqızı əlavə edib ki, erməni işğalından əvvəl Ağdam, Cəbrayıl, Kəlbəcərdə seysmik stansiyalar olub:
“Qarabağ seysmik zonadır və uzun illər idi ki, tədqiqatlar aparılmırdı. 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur. 2023-ci ildə Zəngilan, Laçın, Tərtər (Talış kəndi), növbəti illərdə isə Ağdərə və Xankəndidə seysmik stansiyaların quraşdırılması planlaşdırılır.
Ümumilikdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq. Ağdam və Füzuli rayonlarında isə seysmik stansiyalarımız var. Həmin stansiyalar fəaliyyətini davam etdirdiyi üçün orada yeni stansiyaların quraşdırılması planlaşdırılmır”.
Xəbər lenti
Bakıdan bütün dünyaya ÇAĞIRIŞ
100 milyard dollar məbləğində vəsaitin 250 milyard...