“AzerGold” illik dövriyyəsi bir milyard dollar olan şirkətə çevriləcək

11:46 02-02-2021 | icon 497 | İqtisadiyyat
“AzerGold” illik dövriyyəsi bir milyard dollar olan şirkətə çevriləcək

“AzerGold” 2035-ci ilədək illik dövriyyəsi 1 milyard dollara (1,7 milyard manat) çatdıracaq”.

 

Bunu “Azergold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

 

“AzerGold” ötən ildə yaşanan məhdudiyyətlər və çətinliklərə baxmayaraq 2020-ci ili də böyük nailiyyətlərlə başa vurub. 

 

Şirkətimiz regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyin artırılması istiqamətində fəaliyyətini ötən ildə də uğurla davam etdirib.

 

Prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə “AzerGold” QSC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib, bununla da cəmiyyətin fəaliyyətində yeni bir mərhələ başlayıb. Heç şübhəsiz, bu qərar dağ-mədən sahəsində azad bazar münasibətlərinin hərtərəfli, dayanıqlı inkişafının sürətlənməsinə, yeni prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla QSC-nin iqtisadi inkişafını daha da sürətləndirəcək. Əminəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilə qarşılıqlı fəaliyyət nəticəsində cəmiyyətin milli iqtisadiyyatımıza verdiyi töhfələr daha da artacaq”, deyə Zakir İbrahimov bildirib. 

 

O qeyd edib ki, ötən ili “AzerGold”un fəaliyyəti üçün əlamətdar edən addımlardan biri də əlvan metal filizlərinin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə Cəmiyyət tərəfindən 2025-ci il və 2035-ci il korporativ strategiyasının təsdiq edilməsi idi.

 

Cəmiyyətin strategiyası üzrə müəyyən edilmiş layihələrin icrası çərçivəsində əsas hədəfləri bunlardır:

 

Cəmiyyətin 2035-ci ilədək illik dövriyyəsi 1 milyard ABŞ dolları dəyərində olan regional miqyasda irihəcmli dağ-mədən şirkətinə çevrilməsi; 

Qeyri-neft sənaye şirkətlərindən və işə götürənlərdən biri kimi mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması; 

Strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın aradan qaldırılması; 

Dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsində fəal iştirak; 

 

Əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi.

 

Sadalanan hədəflərin icrası nəticəsində Cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi nəzərdə tutulub. Strategiya çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə 8,9 milyard dollaradək həcmində töhfənin verilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır. Cəmiyyətin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsinin (MİAD) 14 faiz həcminə çatdırılması nəzərdə tutulur”, - Z.İbrahimov bildirib.

 

Məlumat üçün qeyd olunmalıdır ki, 2009-2019-cu illərdə qlobal mədən sənayesinin məcmu illik artım dərəcəsi 9 faiz olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...