“Vikinqlərin dövründə əşyalar nadir hallarda qızıldan hazırlanırdı. Ticarət və zənginliyi göstərmək üçün daha çox gümüşdən istifadə olunurdu. Həmin dövrlərdə qızılın gümüşdən 10 qat baha olduğuna görə təxminlər var, bu səbəbdən belə bir qolbaq 900 gümüş pula bərabər ola bilər”, - deyə Foks əlavə edib.
Caylsın tapıntısı rəsmi olaraq xəzinə kimi qəbul edilib və Men Adası Milli İrs Muzeyinə veriləcək.
Xəzinə ovçusu və torpaq sahibi də mükafatlanacaq. Mükafatın dəyəri tapılan əşyaların bazar qiymətləri müəyyən olunandan sonra məlum olacaq.
“Tapıntıların hazırda Men Adasının tarixi və mədəniyyəti üçün əhəmiyyətini bilirik, maliyyə dəyəri isə gələcəkdə müəyyənləşəcək”, - deyə Foks izah edib.