İlahiyyatçı Hacı İlham Əliyev son söz dedi- Hökm oxundu

14:39 06-05-2021 | icon 1113 | Hadisə
İlahiyyatçı Hacı İlham Əliyev son söz dedi- Hökm oxundu

Dövlət Təhlükəsizlik Xidmətinin saxladığı Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Versus.az xəbər verir ki, İlham Əliyev və onunla birlikdə həbs edilən Mehman Rzayevin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilib.

Prosesdə İlham Əliyev son sözlə çıxış edib. O, son sözündə elan olunmuş ittihamla razılaşmadığını deyib. Bildirib ki, İslam Partiyası möminlərin ianələri hesabına maliyyələşib.

O deyib ki, İranda konfransda iştirak edən zaman bir nəfər onlara maliyyə dəstəyi etməyi, kömək olmağı təklif edib: "Biz belə razılaşdıq ki, digər möminlər necə, onlar da o qaydada ianə edə bilərlər. Razılaşmamız da bu şəkildə olub ki, rəsmi qaydada ianə alınmayıb. Onlar bir neçə ay bizə yardım ediblər. Elə olub ki, aylarla ianə verməyiblər. Biz öz möminlərimizin dəstəyi ilə ayaq üstə qalmışıq.

Heç bir çıxışımda, müsahibəmdə, heç bir hərəkətimdə dövlət əleyhinə çıxmamışam. Nə öz fəaliyyətimdə, nə işlədilən saytda, nə də qəzetdə dövlət əleyhinə olmamışıq.

Vətənə xəyanət ittihamını sübut edəcək heç bir fakt yoxdur. Mən qətiyyən bununla razılaşmıram.

Bizim bütün fəaliyyətimiz göz önündə olub. Toplanan ianələr sayəsində ətrafımızda olan insanlara kömək etmişik. İndi bu yardımlar olub xəyanət . Bu günə qədər dövlətə qarşı heç bir əks fəaliyyətimiz olmayıb.

Buna görə də məhkəmənin ədalətli qərar çıxaracağına inanıram".

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən İlham Əliyev 16 il, Mehman Rzayev isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror İlham Əliyevin 18 il, Mehman Rzayevin isə 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, İlham Əliyev ötən ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Vətənə xəyanət) və 192-cü (yalançı sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Mehman Rzayev də eyni maddələrlə ittiham olunur.

Məlumat üçün bildirək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilib. Partiya dövlət qeydiyyatından 1992-ci il sentyabrın 20-də keçib. 1995-ci ildə partiya sədri Hacı Əlikram İrana casusluqda ittiham olunaraq həbs edilib və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar. Mövsüm Səmədov 12 il həbs cəzası alıb.

Həmin zamandan Mövsüm Səmədovun birinci müavini olan İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...