Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

10:35 07-05-2021 | icon 1058 | Sosial
Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən qadın sahibkarların öz bizneslərini qurması və mövcud sahibkarlıq fəaliyyətlərini genişləndirməsi üçün təşkil etdiyi təlim kursu başa çatıb.

 

Versus.Az xəbər verir ki, təlimlərə cəlb olunmuş Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonundan olan qadın sahibkarlar üçün 1 ay ərzində biznesə başlamaq, vergi və vergi güzəştləri, korporativ hüquq, şəxsi brendinq, marketinq, HR, qadın sahibkarlığın inkişafı və biznesdə davamlı inkişaf mövzularında təlimlər təşkil olunub.

 

Pandemiya ilə əlaqədar təlimlər kiçik qruplar şəklində və müvafiq qaydalara əməl olunmaqla keçirilib.

 

Təlim proqramını uğurla başa vurmuş 20 qadın sahibkara sertifikatlar verilib.

 

Qeyd edək ki, qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolunun, KOB subyektləri arasında qadınların sayının artırılması məqsədilə KOBİA tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması istiqamətində müvafiq tədbirlər görülür, o cümlədən qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...