Bakı-Sumqayıt yolu BAĞLANDI
Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü kilometrində, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında yenidənqurma işləri həyata keçirilir.
Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilib.
Yenidənqurma işləri çərçivəsində yol qovşağına qalxan və düşən istiqamətlərdəki yollarda genişləndirmə işləri aparılır, yeni yol hissələri yaradılır. Bunun üçün ərazidə hazırda tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının tikintisi işləri icra olunur.
Bundan başqa, yol ötürücüsü üzərində yerləşən iki dairə də yenidən qurulur. Dairələrin eni kiçildilir, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulur. Həmçinin yol ötürücüsündə dayanıqlığı artırmaq məqsədilə yol ötürücüsünün alt hissəsində yeni istinad divarları inşa edilir. Günün pik saatlarında yaranan sıxlıq və tıxacın aradan qaldırılması üçün Saray qəsəbəsinə giriş hissədə olan yolun da genişləndirməsi işləri aparılır.
Artıq sözügedən ərazinin zəruri olan hissəsində yeni yol yatağı və yol əsası inşa edilib, hazırda asfaltlanma işləri görülür. Ümumilikdə qeyd edilən ərazilərdə hərəkət intensivliyi və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Saray, Novxanı və bu istiqamətdə yerləşən qəsəbələrə gediş-gəlişin artacağı nəzərə alınaraq aparılan yenidənqurma işləri yarana biləcək tıxacların qarşısının alınmasını təmin etməyə imkan verəcək.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"