Mürvət Həsənli AQTA-dan YAZDI

20:45 12-05-2021 | icon 1056 | İqtisadiyyat
Mürvət Həsənli AQTA-dan YAZDI

Bu sahədə operativliyin yaranması ümumi işin xeyrindədir və...

 

Azərbaycan qeyri-neft sektorunun inkişafına start verdiyi gündən biznesin asanlaşdırılması istiqamətində ciddi addımlar atmağa başlayıb. Təsadüfi deyil ki, Dünya bankının Doing business hesabatına görə 2015-ci ildə 190 ölkə arasında 80-ci yeri tutan Azərbaycan get-gedə bu sahədə böyük irəliləyişlər qət edərək 2019-cu ildə artıq 25-ci sıraya yüksəlmişdi. Ən əsası isə budur ki, Dünya Bankı Azərbaycanı həmin il 20 ən islahatçı ölkələr sırasına daxil etmişdi. 2020-ci ildə pandemiya və Qarabağ uğrunda döyüşlər ölkəmizin bu reytinq cədvəlində qismən geriləyərək 34-ci sıraya düşməsinə səbəb olsa da, bu il yenidən yüksəliş trendini davam etdirəcəyinə şübhə yoxdur.

 

Dünya Bankının ölkəmizdə yaradılan biznes mühitinə verdiyi bu qiymət dünyanın bir sıra inkişaf etmiş dövlətlərini belə geridə qoyur və səbəbsiz deyil. Bir iş adamı kimi deyə bilərəm ki, həqiqətən artıq Azərbaycan məmurlarının iş adamlarımızın fəaliyyətinə müdaxilələrdə mühüm dönüşlər müşahidə olunur. Bu günlərdə şəxsən qarşılaşdığım bir hadisənin nəql etdikcə, siz də mənim fikirlərimlə razılaşacaqsınız.

 

Məlum olduğu kimi, rəhbərlik etdiyim “Xəmsə” MMC faraj (fəcər) meyvəçiliklə məşğul olur. Ərsəyə gətirdiyimiz istixanalarda şəftəlidən tutmuş alçaya, üzümə qədər bir sıra meyvələr yetişdirir, xarici və daxili bazarlarda satırıq. Artıq bağımız ilk nübarını gətirib və biz də bunu Rusiyaya satmağa çalışırıq. 3 gün öncə Rusiyaya göndərmək istədiyimiz məhsullarımız sırf texniki səbəblərdən AQTA-nın labaratoriyalarında ilişib qalmış və bizi sıxıntıya salmışdı. Çünki kənd təsərrüfatı məhsulunun uzun müddət hansısa anbarda saxlanılması fermerlərin il boyu çəkdikləri əziyyətin hədər getməsinə səbəb ola bilər. Axı bu məhsulların ömrü çox deyil və vaxtında istehlak bazarına çatdırılmasa çürümə, xarab olma ehtimalı var.

 

Məcbur qalıb AQTA-nın idxal ixrac idarəsinin rəhbəri Orxan Mikayılova zəng etdim və problemi onunla bölüşdüm. Qətiyyən tanımadığım Orxan müəllim dərhal hərəkətə keçdi və bir neçə saat içində bütün bürokratik əngəllər aradan qalxdı, məhsulumuz Azərbaycan sərhədlərini keçib Rusiya bazarına yollandı.

 

Əlbəttə, AQTA-nın bu cür operativ fəaliyyətində, hər kəsə eyni gözlə baxmasında Agentliyin rəhbəri Qoşqar Təhməzovun da böyük rolu var və onu qiymətləndirməmək doğru olmaz. Həqiqətən də AQTA yarandığı və Qoşqar müəllimin quruma rəhbərlik etdiyi gündən istər idxal, istərsə də ixrac məhsullarının keyfiyyətinin yoxlanılması və sənədlərinin hazırlanması sahəsində operativlik artıb və fermerlər arasında fürsət bərabərliyi yaranıb. Bu da təkcə inhisarçılığın qarşısını almaqla qalmır, həm də sahibkarları böyük maddi itkilərdən sığortalayır. Xüsusilə bu sahədə operativliyin yaranması ümumi işin xeyrindədir və AQTA rəhbərliyi iş adamlarına hər cür dəstəyi verirlər.

 

Mən fürsətdən istifadə edib Qoşqar Təhməzova və AQTA-nın idxal ixrac idarəsinin rəhbəri Orxan Mikayılova təşəkkürümü bildirirəm. Düşünürəm ki, Azərbaycanın Dünya bankının Doing business hesabatında hər il yüksək sıçrayışlar etməsində Prezident İlham Əliyevin başarısında bu insanların da öz payı var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...