Bakıda daha 7 marşrut xəttində nağdsız ödəniş olacaq - SİYAHI

22:17 16-05-2021 | icon 404 | Sosial
Bakıda daha 7 marşrut xəttində nağdsız ödəniş olacaq - SİYAHI

Bakı Nəqliyyat Agentliyi sərnişin daşımalarında nağdsız ödənişlərin tətbiqini davam etdirir.

 

Versus.az xəbər verir ki, bu barədə  yerli mətbuata qurumdan bildirilib.

 

Məlumata görə, artıq paytaxtın marşrut şəbəkəsinin 35%-də ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu da vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər işçilərin sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

 

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

 

Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Mayın 17-dən 20-nə qədər daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Belə ki,

17.05.2021-ci il tarixində 29 və 81

18.05.2021-ci il tarixində 71 və 83

19.05.2021-ci il tarixində 53 və 66

20.05.2021-ci il tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bununla da “BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...