Nazir müavinindən NARAZILIQ

18:49 09-06-2021 | icon 865 | İqtisadiyyat
Nazir müavinindən NARAZILIQ

Vüqar Kərimov: “İcra hakimiyyəti qeydiyyatı lazımi keyfiyyətdə aparmır”

 

“2018-ci ildə qəbul edilən qərara əsasən, yaşıllıqların qeydiyyatı rayonlar üzrə icra hakimiyyəti orqanları tərəfindən aparılmalıdır. Bu qeydiyyatlar lazımi keyfiyyətdə aparılmır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

 

Onun sözlərinə görə, icra hakimiyyəti orqanları tərəfindən tək-tək hallarda yaşıllıqlarla bağlı qeydiyyat aparılır:

“Nazirlik olaraq biz burada tənzimləyici, əlaqələndirici koordinasiya işini həyata keçiririk”.

 

Nazir müavini bildirib ki, paytaxt ərazisində hansısa bir köhnə binalar sökülürsə, orada yeni bina tikilən zaman yaşıllıqların qorunması ilə bağlı işlər görülür:

“Həmin ərazidən qəzalı vəziyyətdə olan ağaclar götürülübsə, əvəzinə daha çox sayda ağacın əkilməsi, eyni zamanda, hər tikilən binanın ərazisinin mütləq olaraq 25 faizində yaşıllığın salınması tələbi qoyulur. Yaşıllıqları qorumaq lazımdır, bizim işimiz də budur. Biz yaşıllıqların qorunması üçün əlimizdən gələni edirik, amma bir neqativ hal daha çox qınağa səbəb olur. Bu da düzgündür. İstəyirik ki, bizə də, ağacı kəsənlərə də ictimai nəzarət olsun. Həmin nəzarət bizə ən böyük köməkdir”.

 

V.Kərimov əlavə edib ki, dövlət əhəmiyyətli layihələr olan zaman köçürülməsi mükün olan ağaclar köçürülür:

“Köçürülməsi mümkün olmayan ağaclar götürülür”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...