Sabah ictimai nəqliyyat işləyəcək
Həftənin şənbə günü ictimai nəqliyyat işləyəcək.
Versus.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub.
Qərara əsasən, bu həftəsonu ictimai nəqliyyata qadağa 13 iyun 00:00-dan 14 iyun 06:00-dək qüvvədə olacaq.
Bundan başqa, futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat planı hazırlanıb.
Müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"