Əkiz övlad dünyaya gətirən ananın olüm SƏBƏBİ

11:51 16-06-2021 | icon 354 | Hadisə
Əkiz övlad dünyaya gətirən ananın olüm SƏBƏBİ

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından (RMX) ana ölümü ilə bağlı açıqlama verilib.

 

Xəstəxanadan bildirilib ki, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı Cəlilabad RMX-yə kritik ağır vəziyyətdə daxil olub:

 

“Həkimlərin verdiyi məlumata görə, hamiləlik zamanı antenatal xidməti olmayıb və müayinə zamanı əkiz uşaqların olduğu müəyyənləşib. Uşaqlığında çapıq var idi, çünki ilk doğuşu da qeysəriyyə vasitəsilə həyata keçirilib. Daxil olduğu zaman periferik ciddi ödəmləri olub, təzyiqi 220-150, ağır dərəcədə preeklampsiya, anemiya 3-cü dərəcə, hemoqlobin 60 qram litrlə, dölyanı mayenin axması ilə xəstəxanaya daxil olub. Uşaqların biri 2 kiloqram 300 qr, digəri isə 2 kiloqram 100 qr olaraq qeysəriyyə əməliyyatına alınıb və götürülüb. Uşaqların vəziyyəti stabildir”.

 

Qeyd edilib ki, ana əməliyyatdan dərhal sonra reanimasiyaya götürülüb:

“Reanimasiyaya daxil olarkən xəstədə böyrək çatışmazlığı inkişaf edib. Xəstənin ağ ciyəri ödəm idi. Bir neçə patologiya bir arada olduğuna görə reanimasiyada bütün tədbirlər multidisiplinar qaydada həyata keçirilib. Reanimatoloqlar tərəfindən baxış keçirilib. Xəstəyə altı saat ərzində ən yüksək səviyyədə Sipiar tədbirləri həyata keçirilib. Təkrar intubasiya edilib, kardiopulmanar resustasiya olundu, xəstədə ürək çatışmazlığı, ağciyər tənəffüs çatışmazlığı inkişaf etsə də, ürəyin süni, qapalı masajı və dəfələrlə defibilyasiya edildi. Bütün reanimasyon tədbirlərin keçirilməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA