“Şuşada Türk dünyası dövlətlərinin liderlərinin görüşü keçirilməlidir”

15:45 17-06-2021 | icon 300 | Siyasət
“Şuşada Türk dünyası dövlətlərinin liderlərinin görüşü keçirilməlidir”

Hasan Oktay: “Ərdoğanın Şuşada bir bəyannamə imzalaması beynəlxalq hüquq baxımından son dərəcə əhəmiyyətlidir”

 

Region və dünya Cənubi Qafqazda çox mühüm tarixi hadisəyə şahidlik edir. Nəzərlər Azərbaycana və Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın NATO toplantısından dərhal sonra Şuşaya səfərinə və Azərbaycan Prezidenti ilə birgə imza atdığı bəyannaməyə yönəlib.

 

Şuşada imzalanan bu bəyannamə Azərbaycanın Qarabağ problemini kökündən həll edib, təhlükəsizliyimizin qarantı ola biləcəkmi?

 

Versus.Az xəbər verir ki, Türkiyənin Cənubi Qafqaz Araşdırmaları mərkəzinin rəhbəri Hasan Oqtay şərhində mühüm məqamlara toxunub.

 

O, bildirib ki, Cənubi Qafqazda heyrətamiz proseslər cərəyan edir:

 

“Prezident Ərdoğan NATO toplantısını tərk edən kimi Brüsseldən Bakıya gəldi. NATO toplantısında qazandığı böyük uğurdan sonra ayaqlarının tozu ilə Bakıya gələn Ərdoğan, Əliyev tərəfindən mərasimlə qarşılandı. İki günlük mərasimlərin ən diqqət çəkən mövzusu Şuşadakı görüşlər və yayımlanan bəyannamə idi. 44 günlük müharibədən sonra Dağlıq Qarabağda nə qədər böyük bir uğur qazanılsa da, nəticədə Dağlıq Qarabağdan kənar yerlər işğaldan azad edildi. Ancaq mübahisəli Dağlıq Qarabağda yalnız Şuşa işğaldan azad edildi, digər yerlər hələ də erməni, rus işğalı altında idi. Bu mənada Ərdoğanın Şuşada bir bəyannamə imzalaması beynəlxalq hüquq baxımından son dərəcə əhəmiyyətlidir. Çünki sabah Dağlıq Qarabağda tətbiqi planlaşdırılan Donbass modelinin qarşısını artıq almaq lazımdır. Fransa və Rusiya yaxın günlərdə Dağlıq Qarabağda ciddi fəaliyyət göstərəcəklər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qalan Dağlıq Qarabağla bağlı bir status araşdırması aparırlar. Bunu aradan qaldırmaq üçün Ərdoğan və Əliyevin Şuşada yayımladığı bəyannamə bu siyasi gedişlərin qarşısını almaq üçün son dərəcə kritik bir hərəkətdir. Kaş ki Türk dünyasının lideri MHP lideri Dövlət Bahçeli də bu Şuşa görüşündə iştirak edəydi. Bu baxımdan, Bahçelinin Şuşada tikdirmək istədiyi məktəbin təxirə salınması Şuşa görüşünə kölgə saldı. Azərbaycanın dövlətçiliyi və milliləşdirilməsi üçün bir ideologiyaya ehtiyacı var. Bu da Türk millətçiliyidir”.

 

Politoloq hesab edir ki, Azərbaycanın gələcəyi demokratiya və millətçilik üzərində qurulmalıdır. Onun sözlərinə görə, bunsuz Azərbaycanın gələcəyi qaranlıq görünür:

 

“Dağlıq Qarabağdakı işğala son qoymaq üçün Şuşada Türk dünyası dövlətlərinin liderlərinin görüşü keçirilməlidir. NATO, BMT və Türk dünyası liderləri Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən, Dağlıq Qarabağda hüquqi status mübahisəsinin açılması Cənubi Qafqaz üçün sağlam nəticələr verməyəcəkdir. Rusiya Ukraynada Cənubi Qafqazda Dağlıq Qarabağ üzərində tətbiq etdiyi Donbass modelini davam etdirmək istəyir. Putini bu mövzuda inandırsalar və Dağlıq Qarabağdakı işğala son qoyulmasa, bu dəfə ikinci bir Ermənistandan danışacağıq. 20 İyundakı Ermənistan seçkiləri bu baxımdan Azərbaycan üçün çox vacibdir”. /həftə içi/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?