Partiyalardan Tarif Şurasına ÇAĞIRIŞ

15:14 01-07-2021 | icon 317 | Siyasət
Partiyalardan Tarif Şurasına ÇAĞIRIŞ

"Dünənki qərara yenidən baxılsın"

 

Bu gün AMİP, AXP, BAP və Ağ Partiya rəhbərliyi arasında görüş keçirilib.

 

Versus.az xəbər verir ki, təşkilatçılar artıq ənənəvi olaraq keçirilən görüşdə ölkədə və regionda baş verən hadisələr müzakirə olunub. Görüşdə Tarif Şurasının 30 iyun tarixli qərarına əsasən qaz və işıq qiymətinin artırılması məsələsi də geniş şəkildə müzakirə olunub.

 

Məlum qərarın guya ki, sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilməsi şəklində qəbul olunduğu ilə razılaşmayan partiya rəhbərləri əksinə, tariflərin artmasının birbaşa məsul və xidmətlərin bahalaşmasına səbəb olacağını, eləcə də 1 kub metr üçün 10 qəpik dəyərində olan 2200 m3-dək olan limitin 1200  m3 endirilməsinin həm də aztəminatlı əhalinin büdcəsinə mənfi təsir edəcəyini bildiriblər.

 

Müzakirələr zamanı həmçinin Tarif Şurasının qiymət artımını özünün qaz tələbatını xaricdən ödəyən və təbii qaz sərvətləri olmayan  Türkiyə, Ukrayna, Gürcüstan, Belarus kimi ölkələrlə müqayisəsi də qüsurlu hesab edilib. Partiyalar qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarının sosial problemlərin daha da ağırlaşmasına səbəb olacağını vurğulayaraq Tarif Şurasını qərara yenidən baxmağa və ləğv etməyə çağırıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?