Polis CƏZALANDIRILDI

20:11 01-07-2021 | icon 377 | Hadisə
Polis CƏZALANDIRILDI

Rüşvət aldığı iddia edilən yol polisi əməkdaşı ilə bağlı araşdırma başa çatıb.

 

Versus.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib.

 

O deyib ki, yol polisi əməkdaşı cəzalandırılıb:

“Həmin əməkdaşın rüşvət alması ilə bağlı iddialar təsdiqlənməyib. Lakin o, xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yol polisi əməkdaşının qaydaları pozan avtomobil sürücüsünü saxlayaraq ondan rüşvət aldığı iddia edilmişdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Mədəkiçiltmə erasının sonu gəlir

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA