“Azərsu”nun "əməkdaşı" İFŞA OLUNDU

14:44 02-07-2021 | icon 370 | Hadisə
“Azərsu”nun "əməkdaşı" İFŞA OLUNDU

Bakının Nəsimi rayonu ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa olunub.

 

Versus.Az "report"a istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

 

Məlumata görə, hələlik kimliyi müəyyənləşdirilməyən bu şəxs özü üçün saxta vəsiqə düzəldərək vətəndaşlardan sayğac quraşdırılması, debitor borca görə suyun kəsilməməsi müqabilində pul tələb edib.

 

İyunun 29-da “Azərsu”yun çilingəri Ağaş Nəsirov ərazidə olarkən təsadüfən həmin şəxsin abonentlərin birindən sayğac quraşdırmaq adı ilə pul tələb etdiyinin şahidi olub və ondan vəsiqə tələb edib.

 

Saxta əməlinin üstünün açıldığını görən həmin şəxs əməkdaşımıza fiziki güc tətbiq edərək ərazidən uzaqlaşmağa cəhd göstərib və bu zaman əlindəki qovluğu yerə ataraq qaçıb.

 

Vətəndaşlara özünü Səbuhi kimi təqdim edən şəxsə məxsus qovluqda ad və soyad qeyd olunmayan saxta vəsiqə, “Azərsu”, “Azərişıq” ASC və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin bidirişləri, 2 ədəd qeyd kitabı, abonentlərdən sayğac quraşdırılmasından imtinaya dair ərizələr və müxtəlif siyahılar aşkarlanıb. “Azərsu”yun Hüquq Departamenti aşkar olunmuş hal üzrə faktları və sənədləri araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediib.

 

“Azərsu” istehlakçıların diqqətinə çatdırır ki, əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.

 

Abunəçilərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər", - deyə qurum bəyan edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA

DİM-in yeni korpusu təqdim olundu