Əksər partiyalar yay günlərində kölgəyə çəkilib

08:58 06-07-2021 | icon 347 | Siyasət
Əksər partiyalar yay günlərində kölgəyə çəkilib

"Bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar daha çox tətilə üz tuturlar"

 

Yay fəslinin isti günlərini yaşayırıq. Ancaq siyasi səhnədə qaynarlıq müşahidə edilmir. Müxalifət partiyalarının çoxu sanki məzuniyyətdədir. İsti yay aylarında Azərbaycan müxalifəti nə işlə məşğuldur? Hansı plan-perspektiv üzərində çalışırlar? Hakimiyyətə gəlmək üçün nə işlər görürlər?

 

Versus.az xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, adətən yay aylarında siyasi proseslərdə, siyasi partiyaların fəaliyyətində durğunluq hiss olunur.

 

Bu vəziyyət hər il müşahidə olunur və təkcə Azərbaycanda belə deyil, dünyanın əksər ölkələrində rast gəlinən haldır: 

“Azərbaycanda hazırda siyasi fəallıq zəifləsə də bütövlükdə götürdükdə siyasi partiyalar cari fəaliyyətlərini davam etdirirlər. Təbii ki, hakimiyyətə gəlmək, ölkədə demokratik seçkilərə nail olmaq müxalifətin əsas vəzifələrindəndir.

 

Elşad Musayev: “İsgəndər-M” raketinin qalıqlarının tapılması faktı  Ermənistanın növbəti hərbi cinayətinin sübutudur

 

Zaman göstərir ki, saxta seçkilər ölkəni yalnız geri sürükləyir. Bütün dünyada belədir. Dünya dəyişir, Azərbaycan da dəyişəcək və ölkədə seçkili orqanlar, hakimiyyət məhz demokratik seçkilər yolu ilə formalaşacaq. Millətimizə yaraşan da budur”.

 

Tural Abbaslı feministlərdən danışdı:

 

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, siyasi fəaliyyət, xüsusən də müxalifət partiyaları üçün ilin hansı fəslinin olub-olmaması önəmli və əsas məsələ deyil. Siyasi fəaliyyət bütün il boyu, qışın soyuğunda da, yayın istisində də aparılır. Sadəcə olaraq, yay aylarında bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar daha çox tətilə üz tuturlar, siyasi proseslərdə aktivlik aşağı düşür:

 

“Amma bu gün bizim partiya üçün bunu demək istəməzdim. Çünki biz qış aylarında, yaz aylarında hansı aktivlikdə, intensivlikdə işləyirdiksə, indi də o cür, hətta deyərdim daha da aktiv şəkildə fəaliyyətimizi davam etdiririk. Biz məzuniyyətə çıxmamışıq, fəaliyyətimizi davam etdiririk. Partiyaya yeni üzvlərin qəbulu, yeni üzvlərin yerləşdirilməsi, təşkilatlanma, rayonlar üzrə strukturların qurulması, partiyanın mərkəzi orqanlarının işinin təkmilləşdirilməsi, təbliğat məsələləri, partiyanın ideya və proqramının cəmiyyətə tanıdılması kimi işlər həyata keçirilir. Yəni istidir deyə biz dayanmamışıq, kölgəyə çəkilməmişik”.

 

O ki qaldı hakimiyyətə gəlmək məsələsinə, Tural Abbaslı qeyd etdi ki, hakimiyyət dəyişikliyinin, hakimiyyətə gəlməyin seçki yolu ilə baş verməsinin tərəfdarıdırlar: 

“Biz seçkilərlə hakimiyyətə gəlməyin alternativ yolunu görmürük. Çünki seçkidən başqa istənilən yol Azərbaycan üçün fəlakətlə nəticələnə bilər. Biz isə Azərbaycanın belə bir perspektivlə üz-üzə qalmasını istəmirik. İndi ölkədə dialoq mühiti yarandığı elan olunub. Biz bu dialoq zəminindən istifadə edərək iqtidara da bəlli mesajları veririk. Dəyişiklik edilməli olan məsələləri xatırladırıq. Bu məsələlərin həllinin vacibliyini vurğulayırıq. Güman edirəm ki, onlar da bizim fikir və təkliflərimizi nəzərə alarlar. Çünki demokratik ənənələrin oturuşması, iqtidarların seçki ilə müəyyənləşməsi və ya dəyişilməsi, ümumiyyətlə, siyasi səhnənin tənzimlənməsində seçkilərin önəmli olması həm ölkə və xalq üçün, həm də elə iqtidarın özü üçün daha faydalıdır. Biz bu cür demokratik münasibətlər sisteminin formalaşması üçün əlimizdən gələni edirik və güman edirəm ki, bəlli irəliləyişlər də var. Amma qarşıda görüləcək çox işlər var”. (Yeni Müsavat)

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?