“Heydər Əliyev siyasəti alternativsizdir”

12:16 14-07-2021 | icon 741 | Siyasət
“Heydər Əliyev siyasəti alternativsizdir”

“Ümummilli lider Heydər Əliyev 1969-cu ilin iyulun 14-də ilk dəfə hakimiyyətə gələnə qədər Azərbaycan SSRİ-də iqtisadi göstəricilərinə görə geridə qalırdı. Ancaq Heydər Əliyevin 1982-ci ilədək Azərbaycana rəhbərlik etməsi ilə ölkəmiz sürətli inkişafa qədəm qoydu və böyük sənaye ölkəsinə çevrilməyi bacardı. Azərbaycan 15 respublika içərisində qabaqcıl ölkələrdən biri oldu”.

 

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili qeyd edib ki, Heydər Əliyev SSRİ dövründə Azərbaycanın nə zamansa müstəqil ölkə olacağına inanıb və bunun üçün bir çox işlər görüb.

 

“Birincisi, kadr hazırlığı işi sürətlə həyata keçirilirdi. Azərbaycanda gənc tələbələr qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdi. İkincisi, ölkəmizdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılışı da məhz Heydər Əliyevin adı ilə bağlıdır”, - deyə C.Osmanov əlavə edib.

 

Deputat qeyd edib ki, Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə ölkədə idarəçilik prinsipləri dəyişib, perspektiv üçün bir çox işlər görülüb.

 

Milli Məclis üzvü bildirib ki, Azərbaycan 1991-ci ilin oktyabrın 18-də müstəqillik qazandıqdan sonra ölkə məhvə doğru sürüklənib.

 

“Bir tərəfdən Ermənistan işğalçılıq siyasəti yürüdürdü, digər tərəfdən də daxildə hərc-mərclik, xaos, hakimiyyət uğrunda mübarizə hökm sürürdü. Ölkə daxilində separatizm güclənirdi, ölkə vətəndaş müharibəsi həddinə çatmışdı. Ermənistan vəziyyətdən istifadə edərək torpaqlarımızı işğala məruz qoyurdu. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi isə müstəqilliyimizin, dövlətçiliyimizin qorunmasında mühüm rol oynadı. Beləliklə ölkəmiz iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlərə imza atdı. Ümummilli liderin rəhbərliyi altında nizamlı ordu quruculuğuna start verildi”.

 

Deputatın sözlərinə görə, İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçilərkən andiçmə mərasimində Heydər Əliyev siyasətini davam etdirəcəyini deyib.

 

“Hər birimizdə bir daha əminlik yarandı ki, Heydər Əliyev siyasəti alternativsizdir. Heydər Əliyev bir zamanlar deyirdi ki, Azərbaycan vaxt gələcək dünyaya Günəş kimi işıq saçacaq. Heydər Əliyevin görmək istədiyi Azərbaycan cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurulub.

 

Vətən müharibəsində parlaq qələbəmiz, dünyaya qlobal təhdidlərə qarşı cənab İlham Əliyevin sülh çağırışları, Azərbaycanın enerji təhlükəsizliyini şaxələndirən ölkəyə çevrilməsi, müstəqil peykimizin olması, Avrasiyanın ən əlverişli logistika və nəqliyyat mərkəzinə çevrilməsi – bütün bunlar Heydər Əliyev siyasəti və onu davam etdirən cənab İlham Əliyevin strategiyasının təntənəsidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?