“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

10:46 30-07-2021 | icon 1153 | Siyasət
“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Könül İsmayılova: “İşğalçı erməniyə vurulan zərbənin yarımçığı qalıb, tamamlamaq lazımdır”

 

“Azərbaycan öz sərhədlərində Ermənistanın hərbi müdaxilələrini cavabsız qoymamalı, beynəlxalq təşkilatların ədalətsiz və təxribatçı Ermənistana qarşı biganə, səssiz qalmasına qarşı öz diplomatik missiyasını gücləndirməlidir. Çünki Ermənistan özünün müharibə ritorikası ilə regiondakı vəziyyəti gərginləşdirməkdə davam edir və ATƏT-in fəaliyyətini canlandıraraq həmsədr dövlətləri prosesə cəlb etməyə çalışır”.

 

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Siyasətçi xanım vurğulayıb ki, son vaxtlar Paşinyan yenə xislətinə uyğun manevrlər etməyə başlayıb. Belə ki, o, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpasını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  hərbi qoşunlarının Azərbaycanla sərhəddə dayanmasını təklif edir:

 

“Ermənilər bütün tarix boyu bu məsələlərdə mahir oyunçu kimi çıxış ediblər. Onlar bu gün də bir tərəfə yox, iki tərəfə oynayan oyunçulardır. Bir tərəfdən rusa yalvarır ki, mənim təhlükəsizliyimi, sərhədlərimi qoru, ordunu Azərbaycan sərhədlərinə yerit, digər tərəfdən də bildirir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı gəlib sərhəddə sülhməramlı rolunu oynamalıdır. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətini - Amerika ilə Fransanı da regiona çağırır. Yəni kimdən pul alacaq, kimdən silah alacaqlar erməniləri firitdiyirlər ki, vaxtaşırı bu təxribatları, terorları törət, biz də sənə siyasi dəstək verəcəyik ki, sən haqlısan”.

 

K.İsmayılova bildirdi ki, artıq Azərbaycan öz sözünü deyib və ərazi bütövlüyünü təmin eləyib:

 

“Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin eləməyə qadirdir, heç kimə də ehtiyacı yoxdur”.

 

Ermənilərin yenə də atəşkəsi tez-tez pozması məsələsinə də toxunan Könül xanım bildirdi ki, işğalçı dövlət yenə öz havasındadır:

 

“Baxın, dinc dövrdə də yaralılarımız, şəhidlərimiz var. Bütün bunlar hansı ehtimalı önə çıxarır? Ermənistanın müharibə ritorikası bitmirsə, regionun III savaşa hazırlandığı ehtimalı önə çıxır. Onu da deyim ki, ermənilərdən ən təhlükəlisi ermənilərə vəd verənlərdir. Həmin havadarlar erməniləri bu təxribatlara şirnikləndirirlər. Ermənilər tarix böyu bu havadarlara arxayın olub axmaq xəyallara düşüblər. Yenə də bunlar özlərinin o mürdar niyyətlərindən, xam xəyallarından əl çəkmirlər. Düşünürəm ki, erməni işğalçılarına vurulan zərbələrin yarımçığı qalıb, tamamlamaq lazımdır. Başqa bir çıxış yolu qalmır”.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?