“Həmin deputatın üzürü yox, həbsi lazım idi”

16:40 02-08-2021 | icon 1329 | Siyasət
“Həmin deputatın üzürü yox, həbsi lazım idi”

Hafiz Hacıyev: “Azərbaycan polisinə əl qaldıran deputat Azərbaycan dövlətçiliyinə əl qaldırmış kimidir”

 

Deputatla bağlı son qalmaqallı hadisə, yəni Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyməsi faktı “deputat toxunulmazlığı necə ləğv oluna bilər” sualını yenidən gündəmə gətirdi. Ümumiyyətlə, son vaxtlar deputatların fəaliyyəti və davranış qaydaları ilə bağlı ortaya çıxan ziddiyyətli məqamlar siyasi düşərgənin, eləcə də ictimaiyyətin əlinə  “Milli Məclis buraxılmalıdır” tələbi ilə çıxış etmək üçün yeni bir fürsət yaradıb.

 

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Haiz Hacıyev bildirib ki, müalicədə olduğu bir ərəfədə deputat Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı mətbuatdan eşitdiyi xəbər onu çox üzüb.

 

Partiya sədri deyir ki, Azərbaycanda təyin edilmiş deputatlardan bundan artıq hərəkət gözləmək olmur:

 

“Bu deputat üzür istəməklə canını qurtarmamalıdır, təcili həbs edilməlidir. Bu gün Azərbaycan polisinə əl qaldıran deputat Azərbaycan dövlətçiliyinə əl qaldırmış kimidir. Görün bu deputat nə qədər qudurub ki, Azərbaycan polisinə əl qaldırır. Hər halda, bu hərəkət polisi nüfuzdan salmağa yönəldilmiş bir addımdır. Ona görə də o deputatı parlamentə təyin edən Əli Əhmədov, Ramiz Mehtiyev təcili həbs edilməlidir. Bu gün deputatlarımızın əksəriyyəti Azərbaycana baş qaxıncıdır. Azərbaycanda qarışıqlıq salmaq, vətəndaşlar arasında dövlətə qarşı inamsızlıq yaratmaqdan ötrü bu addımları atırlar”.

 

H.Hacıyevin ikrincə, E.Səlimovun deputat toxunulmazlığı əlindən alınmalı, həbs edilib, etdiyi hərəkətlərə görə cavab verməlidir.

 

Referendum məsələsinə toxunan MMP sədri qeyd etdi ki, Ramiz Mehdiyevin təyin etdiyi bu parlamentlə heç yerə gedib çıxmaq olmaz:

 

“Biz MMP olaraq dəələrlə demişik ki, Referendum keçirilməli, Parlament təcili buraxılmalıdır. Parlamentdə proporsional seçki sistemi bərpa olunmalı, partiyalara yer verilməlidir. Artıq bu gün bəllidir ki, indiki Parlamentdə təyin edilən əksər deputlar Azərbaycanın milli maraqlarını təmin edə bilmirlər, Prezidentə Azərbaycanın daha da rifahı üçün heç bir kömək etmirlər. Əksinə, ölkə başçısının atdığı müsbət addımlara kölgə salmaqdan ötrü ölkədə təxribatlar törədirlər. Buna görə də, yenə deyirəm, parlament təcili buraxılmalı, Referendum keçirilməli, daha demokratik seçki yolunda addım atılmalıdır. Ləyaqətli insanlar, xalqını sevən vətənpərvər şəxslər, hansı ki, xalq əslində səsini onlara verir, bax həmin adamlar Parlamentə gəlməlidir. Əks təqdirdə, parlamentdəki bu komandanın, Prezidentin öz ətrafında olan şöbə müdirlərinin, nazirlərin, baş nazirin müavinlərinin cənab İlham Əliyevə kömək edəcəyini düşünmək sadəlöhvlük olar”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?