Ölkə ictimaiyyətinin “Jrinovski havasına” sərt reaksiyası

20:00 06-08-2021 | icon 1009 | Siyasət
Ölkə ictimaiyyətinin “Jrinovski havasına” sərt reaksiyası

 Sərsəm bəyanatları ilə gündəmə gələn Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski yenə Azərbaycanı təhdid edən bəyanatlar səsləndirib. O, bildirib ki, Cənubi Qafqaz Rusiyanın 200 illik müstəmləkəsi olub və Rusiyanın iradəsi ilə hər kəs hesablaşmalıdır. O, Rusiya sülhməramlılarına qarşı xüsusi münasibət tələb edib və daha nələr...

 

Görünən odur ki, regionda maraqları olan güclər Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanı özünün müstəmləkəsindən kənarda görə bilmir və özünün siyasətinə jirinovskilərin vasitəsi ilə gücgü tutur.  Bəs Azərbaycan vətəndaş cəmiyyətləri və siyasilər ölkəmizə qarşı yönələn Rusiyanın Jirinovski təbliğatına qarşı hansı reaksiyanı verdi?

 

“Jirinovski kimilər onun qüdrətinin qarşısında əriyib gedəcək”

Məsələ ilə bağlı Versus.az-a danışan Milli QHT Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, 30 illik müstəqillik dövründə Azərbaycan cəmiyyəti Rusiyanın ictimai-siyasi kəsimindən ölkəmizə qarşı müxtəlif səpkili qərəzli fikirlərin, qərəzli münasibətin şahididir. R.Zeyni bildirib ki, Azərbaycanın tarixi zəfərindən sonra Jirinovski kimilərdə başgicəllənməsi yaranıb.

 

“Bunlar yenə köhnə nəğmələrini oxuyurlar. Biz zamanla Rusiya siyasətçilərinin hansı məqamda hansı sözü dediyini, Azərbaycana qarşı hansı hərəkətlər etdiklərini unutmamışıq. Jirinovskinin son sərsəm çıxışları Rusiyada müəyyən qüvvələr tərəfindən dəstəklənir. Öz bəyanatı ilə Rusiyanın 200 illik müstəmləkəçilik siyasətini yada salan Jirinovski əslində Rusiyanın əsl siyasətinin mahiyyətini açıb göstərir. Lakin zaman gəldi və sovet imperiyası, rus imperiyası dağıldı. İndi xalqların müstəqillik dövrüdür. Biz öz müstəqil dövlətimizi, ordumuzu inkişaf etdiririk. Nə gözləyirlər, yenidən gedib imperiyaya xidmət etməyimizi?! Xeyir, artıq bu mümkün deyil”.  

R.Zeyni bu gün Jirinovski kimilərinin Azərbaycana dil uzatmasını bizim xaricdə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin, QHT və diasporamızın fəaliyyətinin zəifliyi ilə əlaqələndirilməsi məqamlarına da diqqət çəkib. O, bildirib ki, Azərbaycana qarşı çıxış etdiyinə görə Moskvada olarkən Jirinovskinin cavabını zamanında veriblər.

“Bizim Jrinovskidən tələb etdiklərimiz o idi ki, millətə qarşı əsassız, təhqiredici fikirlər söyləməyin. Xalqı, milləti təhqir eləməyə sənin heç bir haqqın və hüququn yoxdur. Sən kimsən ki, bizim milləti təhqir edirsən?!”

R.Zeyni bildirib ki, ümumilikdə cəmiyyət olaraq belə hücumlara qarşı öz ideoloji təbliğatımızı dayandırmamalı, informasiya savaşımızı güclənməliyik.

“Biz Azərbaycana qarşı yönələn təzyiqləri zərərsizləşdirmək üçün zaman-zaman işlər görməli, belə çıxışlara qarşı bəyanatlarımızı verməliyik. Paşinyan gəlib Şuşada yallı gedəndə demişdim ki, vaxt  gələcək biz Şuşada Cənginin sədaları altında yallı gedəcəyik. O qədər güclənməliyik ki, bizi öz təsirinə salmaq istəyənlər bizimlə hesablaşsınlar. Təbii ki, şanlı ordumuzun Şuşanı əlbəyaxa döyüşlə azad etməsini,  qəhrəmanlığını, bir hərb tarixi yazmasını Jirinovski kimilər həzm edə bilmirlər və edə bilmçəyəcklər. Azərbaycan nə qədər güclü, qüdrətli olsa, Jirinovski kimilər onun qüdrətinin qarşısında əriyib gedəcək.  Azərbaycan dövlət olaraq tarixdə qalacaq. Biz bu gün Zəngəzur uğrunda mübarizə aparırıq Jirinovski kimilərinin başına hava gəlir”.

R.Zeyni  bu gün Azərbaycanın iqtisadi, siyasi, Dəmir Yumruq kimi güclənməsinin əsasında ən mühüm güc vahidi kimi milli birliyin dayandığını önə çəkib. Bildirib ki, ölkə perezidentinin apardığ siayasət dayanıqlı inkişafa söykənir. Həm iqtisadiyyat, həm ordu, gücə söykənən diplomatiya, həm də güclü vətəndaş cəmiyyətinin yaranması millət olaraq bizi uğura aparacaq.

“İnformasiya savaşında bir gün də olsun gözümüzü qırpmamalıyıq. Çingizxan saatlarala dayanıb bir nöqtəyə baxır. Ondan soruşanda ki, niyə gözüünüzü qırpmırsınız. Deyirdi ki, mən gözümü qırpan yerdən düşmən ölkəyə soxuala bilər. Yəni biz həm ideoloji cəbhədə, həm informasiya, diaspora, vətəndaş cəmiyyəti cəbhəsində bir saniyə də olsun mübarizəmizi dayandırmamalıyıq, çox aktiv olmalıyıq. Diasporanın işinə böyük təkan verməliyik. Harda zəifliklər, boşluqlar varsa onları aradan qaldırmalıyıq. Çalışmalıyıq ki, bir millət, bir ordu olaq. O zaman düşmən bizə bata bilməz”.

 

 

“Azərbaycan haqqında çoxlu xoş bəyanatlar verən bu təlxəyi bu cür danışmağa nə vadar edib?!”

ANAP sədri Abutalıb Səmədov hafta.az-a açıqlamasında bildirib ki, Jirinovski “Cənubi Qafqazın Rusiyanın təsir zonasına daxil olduğunu”-iddia edir. Partiya sədri təəssüf hissi ilə qərb ölkələrinin də bu cür düşündüyünü qeyd edib.

“Bu təhlükəli yanaşma Rusiyanın əl-qol açmasına imkan verir. Hesab edirəm ki, NATO bu məsələdə  qəti mövqe tutmalı və ruslara anlatmalıdır ki, nə Cənub Qafqaz, nə də Ukrayna Rusiyanın istəyi ilə oturub-durmayacaq və rusların bu ölkələrin suverenliyinə müdaxilə cəhdləri ciddi şəkildə cəzalandırılacaq.

 

Sülhməramlılara münasibətdə Azərbaycan həmişə kifayət qədər müdrik mövqe tutub. Xırda məsələlərə səbrlə yanaşaraq, prinsipial məqamlarda bizim tələblərimizin icra edilməsinə nail olmuşuq. O da etiraf olunmalıdır ki, bəzi insidentləri çıxsaq, həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi  onların fəaliyyətini məqbul qiymətləndiriblər. Bu səbəbdən, sülhməramlılarla bağlı kiminsə Azərbaycan rəhbərliyinə xəbərdarlıq etməsinə ehtiyac yoxdur və heç kim belə bir “xəbərdarlıq” etmək “cəsarətini” göstərə bilməz. Əgər hansısa dövlətin başçısı tərəfindən belə bir cəhd olsa ən kəskin cavabının veriləcəyinə əmin ola bilər. Bu həqiqəti həm “siyasi təlxəklər”, həm də Azərbaycan daxilində olan bəzi qüvvələr anlamalıdırlar”.

A.Səmədov son vaxtlar Azərbaycan haqqında çoxlu xoş bəyanatlar verən bu təlxəyi bu cür danışmağa nələrin vadar etməsi sualına da aydınlıq gətirib.

“Birinci növbədə, Azərbaycanın artan gücü və nüfuzu. İkincisi, Türkiyənin addım-addım Cənubi Qafqaza nüfuz etməsi və bu reallığın hamı tərəfindən, o cümlədən, Rusiya rəhbərliyi tərəfindən qəbul edilməsi.  Nəhayət, “İslamabad bəyannaməsindən” sonra  “Şuşa” və “Bakı” bəyannamələrinin imzalanması dünyada çoxlarını narahat edir və bu cür avantüristlər onların öz aralarında danışdıqlarını səsləndirərək qeyri-ciddi, marginal siyasətçi olduqlarını və qarşılarına ciddi hədəflər qoymadıqlarının nümayiş etdirirlər”.

 

Deputat Naqif Mirzəyev bildirib ki, Jirinovski təlxəkdir, söylədikləri Rusiya rəsmilərinin mövqeyi və fikri ola bilməz.

 

“Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin növbəti dəfə sərsəm və həqiqətəuyğun olmayan çıxışı hər kəsi hiddətləndirib. Mən də çıxışı və ifadə olunan sözləri qınayıram. Jirinovski unudur ki, o, təlxəkdir, söylədikləri Rusiya rəsmilərinin mövqeyi və fikri ola bilməz”.

 

N.Həmzəyev bildirib ki, Rusiya və Azərbaycan arasında bərabərhüquqlu, ikitərəfli əlaqələr inkişaf etməkdədir: “Rusiya və Azərbaycan liderləri arasında çox xoş və dostluq münasibətləri var. Azərbaycan uzun illərdir, müstəqil siyasət yürüdür, regionda qonşu ölkələrlə dostluq münasibətləri qurub. Ölkəmiz işğal altında olan torpaqların azad edilməsi üçün ordunun gücünü və iqtisadi potensialını artırıb. Nəticədə ordumuz 44 günlük Vətən müharibəsində öz torpaqlarından erməni terrorçularını qovub. Hazırda Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu torpaqlar tarix boyu Azərbaycana məxsus olub. Biz torpaqları qorumaq, ölmək üçün hər zaman hazırıq. Rusiyanın sülhməramlı kontingenti də torpaqlarımızda müvəqqəti yerləşdirilib. Biz qarşı tərəfə-Ermənistana şans vermişik, onlara həqiqətləri dərk etmək və Azərbaycanla sülh müqaviləsi imzalamaları üçün vaxt tanımışıq. Ermənilərin, o cümlədən Azərbaycana qarşı ərazi iddiasında olan istənilən qüvvənin cavabını verməyə hazırıq. Prezident cənab İlham Əliyev Azərbaycan xalqının lideridir. 44 günlük Vətən müharibəsində ordumuzun, xalqımızın güclü lider ətrafında birliyinin nəticəsi olaraq qələbə çaldıq. Azərbaycan xalqı cənab Prezidentin arxasında durur. Prezidentin hər bir sözü bizim üçün əmrdir. Cənab Prezident nəyi nə vaxt, necə etməyi hamıdan yaxşı bilir. Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq Jirinovskinin bacara biləcəyi bir şey deyil. O, yalnız təlkəx kimi hansısa fikirləri söyləyə, pul və ya hədiyyə müqabilində ermənilərin tərəfini saxlaya bilər. Jirinovskinin fikirləri, sadəcə, ürək bulandırır. Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu dostluq münasibətlərini kimsə poza bilməz”. (Hafta.az)

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?