Ümrə ziyarəti üçün müraciətlərin QƏBULU
Səudiyyə Ərəbistanı Məscidül-Həramın əcnəbi ümrəçiləri qarşılamağa hazır olduğunu bildirib.
Yerli SPA xəbər agentliyinin məlumatına görə, bunu həcc və ümrə nazirinin müavini Əbdülfəttah bin Süleyman bəyan edib.
Ümrə üçün müraciətlərin “Eatmarna” tətbiqi vasitəsilə ediləcəyini xatırladan nazir müavini pandemiya səbəbindən bu il gündə 60 min, ayda isə 2 milyon ziyarətçinin qəbul ediləcəyini açıqlayıb.
Süleyman, həmçinin ziyarət üçün vaksin pasportunun olması şərtini də qeyd edib.
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi