Havanı çirkləndirən müəssisələr cəzalandırıldı

11:41 09-08-2021 | icon 486 | Hadisə
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı

Atmosfer havasının keyfiyyətinə nəzarət tədbirləri çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində təkrar monitorinqlər keçirilib.

 

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, bir neçə gündür Sumqayıtda aparılan monitorinqlər zamanı bəzi müəssisələrdə gündüz saatlarında havaya atılan tullantıların norma daxilində olmasına baxmayaraq, gecə saatlarında havaya normadan artıq tullantı atıldığına şübhə yarandığı üçün ötən gün gecə saatlarında həmin müəssisələrin ətrafında yenidən monitorinq aparılıb və ”AzMet” QSC-nin qaz-toz tutucu qurğusunda nasazlıq yarandığından təmizləyici filtrlərin işləmədiyi, havaya normadan artıq tüstünün atıldığı məlum olub:

 

“Faktla bağlı akt və protokol tərtib edilib, müəssisənin direktoru Murad İbrahimov vəzifəli şəxs qismində 3 000 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib”.

 

Xidmət rəsmisi onu da qeyd edib ki, Sumqayıtla yanaşı, Quba və Gəncə regionlarında yerləşən müəssisələrdə də havanın tərkibi yoxlanılıb:

“Monitorinqlər zamanı Gəncə şəhərində gecə saatlarında havada xoşagəlməz tüstü və qoxu müşahidə edilib. Aparılan araşdırma zamanı Gəncə məişət tullantıları poliqonunda tullantıların istidən öz-özünə alışdığı və nəticədə havaya normadan artıq tüstünün atıldığı məlum olub. Belə halların təkrarlanmaması üçün poliqon rəhbərliyinə məcburi göstəriş verilib. Quba rayonunda isə Dəvədabanı yaşayış massivində məişət tullantılarının yandırıldığı, nəticədə ətrafa tüstü və qoxunun yayıldığı aşkarlanıb. Faktla bağlı “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinə akt və protokol tərtib edilib, hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər Quba Rayon Məhkəməsinə göndərilib”.

 

H.Əlizadə monitorinqlərin bütün regionlarda davam etdiyini bildirib və ətraf mühiti, havanı çirkləndirən subyektlərə bir daha xəbərdarlıq edib:

 

“İstehsalat müəssisələrinin sahiblərinin və ətraf mühitə zərərli təsir göstərən digər təsərrüfat subyektlərinin nəzərinə çatdırırıq ki, fəaliyyətlərini qanunamüvafiq həyata keçirsinlər, ətraf mühitin çirkləndirilməsinə şərait yaratmasınlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...