"Sərt karantin rejiminin yenidən tətbiqi qaçılmazdır"
Nizami Verdiyev: "Əvvəlki qaydada hökumətin qaydalarına riayət edilməlidir"
"Karantin rejiminin yumşaldılması və əhalinin arxayınlaşması koronavirusa yoluxma və ölüm sayının artmasına səbəb olub. Bunun qarşısını vaxtında almasaq, vəziyyət daha da gərginləşəcək".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət heyətinin katibi Nizami Verdiyev bildirib.
O, vurğulayıb ki, son günlərdə Azərbaycanda yoluxma və bununla bağlı ölüm hallarının artması cəmiyyəti narahat etməkdədir:
"İki həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu gün 1220 nəfərdir, ölüm sayı da gündə 3-5 arasıdır. Bu rəqəmlər əməli tədbirlərin həyata keçirilməsinin vacibliyinə işarədir. Cəmiyyətdə maarifləndirmə işlərini sürətləndirmək lazımdır".
N.Verdiyevin sözlərinə görə, karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub:
"Vəziyyət belə davam edərsə, vətəndaşlarımız prosesə laqeyid münasibət göstərərlərsə, sərt karantin rejiminin yenidən tətbiqi qaçılmaz olacaq. Niyə həyatımızı bilərəkdən təhlükəyə atmalıyıq. Karantin rejiminin yumşaldılmasına baxmayaraq, əvvəlki qaydada hökumətin qaydalarına riayət etməklə sağlamlığımızı qorumalıyıq".
Versus.Az
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi