Bir sıra məhdudiyyətlər olacaq

11:11 10-08-2021 | icon 416 | Cəmiyyət
Bir sıra məhdudiyyətlər olacaq

Artıq bir müddətdir ki, Bakı şəhərində mərkəzi rayonun yaradılacağı ilə bağlı məlumatlar yayılıb. Yeni yaradılacaq rayonun paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bəzi hissələrini əhatə edəcəyi bildirilir. 

 

Sözügedən təklifin ilk dəfə 2019-cu ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə qaldırıldığı və dövlət başçısının təklifi bəyənərək bununla bağlı tapşırıqlar verdiyi qeyd olunur. Bundan əlavə, Bakının Nizami rayonunun ləğv ediləcəyi, ərazisinin Xətai və Nərimanov rayonları arasında bölüşdürüləcəyi də yayılan məlumatlar arasındadır. 

 

“Qafqazinfo” mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxlayıb. Komitədən cavab olaraq, artıq qeyd olunan yeniliklərin də əhatə olunduğu Bakı şəhərinin Baş planının ilkin layihəsinin hazır olduğunu bildiriblər. Layihəyə görə, Bakı şəhərinin Mərkəzi Bakı, Regional Mərkəz və Alt Mərkəzə bölünməsi nəzərdə tutulub:

 

Qeyd olunur ki, Mərkəzi Planlaşdırma Rayonu 1031,4 hektar ərazini əhatə edəcək. Həmin rayonun içərisində ərazisi 425 hektar olan Xüsusi mühafizə ərazisi yaradılacaq. Hazırda müzakirələri gedən, dörd rayonun ərazisinin bir hissəsini əhatə edəcək ərazi də məhz bu hissədir. Tarixən formalaşmış planlaşdırma quruluşu olan, memarlıq və tarixi abidələrin, tarixi-memorial məkanların sıx yerləşdiyi, həmçinin əhali tərəfindən istirahət, əyləncə və xidmət məkanı olaraq daha çox istifadə edilən ərazidir. Vurğulanıb ki, Xüsusi mühafizə ərazisi Mərkəzi Planlaşdırma Rayonunun nüvəsini təşkil edən vacib planlaşdırma elementidir. 

 

Mərkəzi rayonla bağlı digər detallara gəlincə isə, Komitədən bunların yalnız Baş Planın təsdiqindən sonra açıqlanacağı bildirildi: “Hələ ki, Bakı şəhərinin Baş planı təsdiq olunmayıb. Təsdiq olunandan sonra rayonun adı necə olacaq, dəqiq sərhədləri necə olacaq, bu barədə detallı nəsə danışmaq olar”. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən qeyd olunanlardan əlavə məlumatın olmadığı bildirildi:

“Bakı şəhərinin Baş planının hazırlanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb. Biz də onların məlumatını gözləyirik”. 

 

Qeyd edək ki, mərkəzi rayonun yaradılması ilə əlaqədar Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Bakının keçmiş baş memarı Elbay Qasımzadə Yenisabah.az-a açıqlamasında mərkəzi rayonda bəzi məhdudiyyətlərin tətbiq oluna biləcəyini demişdi. Yəni, sözügedən ərazidə istənilən tikinti aparıla bilməz. Bunun üçün ilk növbədə memar, rəssam, heykəltəraş, tarixçi və arxeoloqlardan ibarət rayonun İctimai Şurası yaradılmalı və görüləcək işlər həmin şura tərəfindən əvvəlcədən təhlil olunmalıdır. Həmçinin, bu rayonda nəqliyyat vasitələrinin hərəkəti xüsusi qaydalarla aparılmalıdır:

 

“Faytonlar turistləri cəlb etmək üçün olacaq. Əhali təbii olaraq işdən evinə faytonla getməyəcək. İctimai nəqliyyat olacaq. Sadəcə, ola bilsin ki, orada hərəkət yolları bir qədər məhdudlaşacaq. Şəxsi avtomobillərin hansısa məhəllələrə daxil olması qadağan ediləcək. Amma mən düşünürəm ki, biz oranı qoruğa çevirməməliyik. Çünki qoruqda yaşamaq kifayət qədər çətindir”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...