Fərdi yaşayış evi yanıb
Zərdab rayonunda yanğın hadisəsi qeydə alınıb.
Versus.az verir ki, hadisə Ağabağı kəndində qeydə alınıb.
Kənd sakininə məxsus ümumi sahəsi 72 kv/m olan kürsülü birmərtəbəli ev və ona bitişik 88 kv/m olan talvar yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"