Azərbaycanda “Xəzər günü” qeyd olunur

15:04 12-08-2021 | icon 527 | Cəmiyyət
Azərbaycanda “Xəzər günü” qeyd olunur

Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər ilin bu günü bu tarix “Xəzər günü” kimi qeyd olunur.

 

Versus.az xəbər verir ki, Azərbaycanda “Xəzər günü” üç tərəfdən Xəzər dənizinin əhatəsində yerləşən Abşeron Milli Parkında “Xəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında qeyd olunub.

 

Xəzər dənizinin və sahil zolağının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq məqsədilə keçirilən tədbirdə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan 50-dək könüllü iştirak edib. 

 

İştirakçılara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Xəzərin ekoloji problemləri, görülən işlər, aparılan monitorinqlər barədə məlumat verilib, dənizin çirkləndirilməsinin qarşısının alınmasında ictimaiyyətin böyük rolu olduğu bildirilib.

 

Daha sonra Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Səyyar Laboratoriyası vasitəsilə su nümunələri üzərində aparılan analizlər əyani olaraq könüllülərə nümayiş etdirilib.

 

İştirakçılar arasında Xəzər dənizinin ekosisteminə, bioloji resurslarına aid sualları əhatə edən viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.  

 

“Xəzər günü” Abşeron yarımadasını ən ucqar şərq nöqtədə Xəzərlə birləşdirən “Şah Dili”yə səyahətlə yekunlaşıb.


 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...