Koronavirusla mübarizədə YARITMAZ SİYASƏT - İTTİHAM

12:39 13-08-2021 | icon 960 | Siyasət
Koronavirusla mübarizədə YARITMAZ SİYASƏT - İTTİHAM

Hafiz Hacıyev: "Ramin Bayramlı vəziyyətdən yararlanaraq 60 milyon manat qazanıb"

 

“Millətin başına oyun açan TƏBİB sədri Ramin Bayramlıdır”.

 

Versus.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirusla mübarizə tədbirləri haqqında açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

 

Hafiz Hacıyev vaksinasiyaya rəğmən yoluxma sayının bu qədər artmasında TƏBİB-in günahkar olduğunu bildirib:

“Millətin başına oyun açan TƏBİB sədri Ramin Bayramlıdır. Əldə etdiyim məlumata görə, Ramin Bayramlı qısa müddət ərzində mövcud vəziyyətdən sui-istifadə etməklə 60 milyon manat qazanıb. O istəyir ki, içinə su doldurulmuş ampulaları yenidən xalqa sırısın. Ölkəyə gətirilən vaksinlər saxtadır. Ramin Bayramlı vəzifə başında olduğu müddət ərzində ölkədə xəstəlik davam edəcək və müalicəsi olmayacaq. TƏBİB sədri dövlətə və xalqına xəyanət edir. Operativ Qərargahın səhvi ondadır ki, TƏBİB-in göndərdiyi məlumatları yoxlamadan qəbul edir. Xalqı bu şəkildə incitmək olmaz. TƏBİB, Operativ Qərargah və səhiyyənin qərarları qəbuledilməzdir. Əgər bizim səhiyyəmiz yaxşı səviyyədə olsaydı, vətəndaşlarımız müalicə üçün xarici ölkələrə üz tutmazdılar”. /yenicag.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?