"Əsgərlərimiz qarşısında diz çökdülər, ağladılar..."

12:57 18-08-2021 | icon 675 | Siyasət
"Əsgərlərimiz qarşısında diz çökdülər, ağladılar..."

Nizami Verdiyev: "Bu, bizim millətimizə xas olmayan xüsusiyyətlərdəndir" 

 

"44 günlük müharibəfə işğalçı Ermənistanın üzərində qazanılan qələbə "qəhrəman erməni əsgəri və zabiti", "yenilməz erməni ordusu" mifini darmadağın etdi. Azərbaycan Ordusu, əsgəri bütün dünya ermənilərinə və ermənipərəst qüvvələrə şok yaşatdı".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

ALDP rəsmisi qeyd edib ki, ermənilər Azərbaycanın işğal olunan torpaqlarını geri qaytarmaq gücündə olmadığı düçüncəsindəydilər, inanmırdılar. Onları "qəhrəman, mübariz" obrazında canlandıranlar 44 günlük müharibədə yanıldıqlarını, Azərbaycan Ordusunun, əsgərinin nəyə qadir olduğunu dərk etdilər:

 

"Mübariz, qorxmaz Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyən "qəhrəman erməni əsgəri" diz çökdü, qaçdı. Həmin dönəmlərdə çəkilən kadrlardan da erməni əsgərlərinin döyüş meydanından necə qaçdıqları açıq görünür. 44 gün ərzində Ermənistan Ordusunda 10 min fərari olub, Azərbaycan ordusunda bir əsgər də fərarilik etməyib. Azərbaycan əsgəri mərdlik, qəhrəmanlıq nümunəsi göstərib. Qəhrəmanlıqla həlak olub, amma düşmən qarşısından qaçmayıb. Bu bizim millətimizə xas olmayan xüsusiyyətlərdən biridir. Amma ermənilər, əsgərlərimiz qarşısında diz çökdülər, qaçdılar, ağladılar. Bununla da müzəffər Azərbaycan Ordusu və əsgəri dünyaya yenilməz, qorxmaz olduğunu bir daha göstərmiş oldu".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?