Bakıda Aşura günü qanvermə aksiyası keçirildi 

17:19 19-08-2021 | icon 1022 | Cəmiyyət
Bakıda Aşura günü qanvermə aksiyası keçirildi 

Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilir.


Könüllü aksiyada iştirak etmək istəyən vətəndaşlar öncədən bəlli olan məntəqələrə gələrək, qan verə bilərlər.

Qanvermə aksiyalarına səhər saat 09.00–da start verilib. Könüllülər öncə tibbi müayinədən keçir, sonra qeydiyyata alınır. Donorlar arasında tez-tez qan verənlər də var idi, qan vermək üçün Aşura gününü gözləyənlər də.

Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib ki, Aşura günündə qanvermə aksiyaları illərdir keçirilir. Daimi ehtiyac olduğu üçün isə qan ehtiyatları ilboyu yenilənməlidir:

“İlk növbədə hemoqlobin miqdarını dəyərləndiririk, təzyiqi və çəkini ölçürük. Minimum 50 kq çəki şərtdir. Hər hansı dərman preparatından istifadə edibmi? Xəstəlik keçiribmi? Əgər bütün şərtlərə uyğunluq varsa, qan vermək olar. İnsanlar koronavirusa görə qorxurdular, təşviş keçirirdilər ki, qanvermənin hansısa zərəri ola bilərmi? Amma COVİD-19 qanla yoluxmur. Koronavirusa yoluxmuş şəxs qan verə bilməz. Lakin sağaldıqdan sonra qan verə bilər”.

Qeyd edək ki, peyvənd sertifikatı olmayan şəxslər rahatlıqla qan verə bilərlər. Mərkəzi Qan Bankı təkcə Aşurada deyil, il boyu, Məhərrəm ayında da donorları qan verməyə çağırır.

 

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...