İran səfiri Mehriban Əliyevanı təbrik etdi
İran İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Seyyid Abbas Musəvi Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edib.
Versus.Az xəbər verir ki, təbtik məktubunda deyilir:
"Hörmətli Mehriban xanım! Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Uca Allahdan möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik və uğurlar arzu edirəm.
Fürsətdən istifadə edərək, əmin olduğumu bildirirəm ki, iki ölkənin ali siyasi rəhbərlərinin dostluğu və əməkdaşlığı sayəsində xalqlarımızın mənafeyinin və rifahının təmin edilməsi istiqamətində iki dövlətin daha yaxın və geniş münasibətlərinin şahidi olacağıq.
Sonda, bir daha dərin ehtiramını ifadə edərək, mən və həmkarlarımın İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və hərtərəfli əlaqələrin daha da genişləndirilməsi işində kömək etməyə tam hazır olduğunu bildirirəm.
Doğum gününz mübarək olsun!"
Ağanisə Sultan
/Versus.az/
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi