İki rayonda sel olub
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, sentyabrın 8-i saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub, yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Düşən yağışın miqdarı Lənkəranda 71 mm (aylıq normanın 42 %-i), Astarada 59 mm (aylıq normanın 30 %-i), Lerikdə 40 mm (aylıq normanın 58 %-i), Kişçayda (Şəki) 39 mm (aylıq normanın 37 %-i), Şinçayda (Şəki) 32 mm (aylıq normanın 47 %-i), Yardımlıda 29 mm (aylıq normanın 37 %-i), Əyriçay Başdaşağılda (Oğuz) 27 mm (aylıq normanın 37 %-i), Şəkidə 25 mm (aylıq normanın 37 %-i), Qubada 20 mm (aylıq normanın 32 %-i), Zaqatalada 18 mm, Qusarda 14 mm (aylıq normanın 29 %-i), Sarıbaşda (Qax) 13 mm, Şahdağda 11 mm, Nabranda 10 mm, Balakən, Qrızda 7 mm, Xınalıqda 6 mm, Şabranda 5 mm, Xaltan, Şabran, Altıağacda 3 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 2 mm, Binə, Bakıda 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Tərtər, Salyanda 25 m/s, Ağdamda 22 m/s, Neftçala, Hacıqabul, Şirvanda 20 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s güclənib.
Bakıda 28 m/s, Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Qum adasında 23 m/s, Binədə 21 m/s, Pirallahıda 20 m/s, Maştağa, Çilov adası, Neft Daşlarında 19 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"