“İşğalçılara göstərdiyi dəstəyi dansa da..."
Fuad Əliyev: "İran çirkin simasını bu faktlar qarşısında gizlədə bilməyəcək”
“İran Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli, rteallıqla barışmalı və ölkəmizə qarşı təxribat xarakterli əməllərdən əl çəkməlıidir. Bunları etməzsə, başı çox ağrayacaq”.
Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Prezident İlham Əliyevin İran yük maşınlarının qanunsuz olaraq Qarabağa yük daşıması ilə bağlı “Anadolu”ya müsahibəsində söylədiyi fikirlərə münasibətində açıqlayıb.
Partiya sədri bildirib ki, Azərbaycan müstəqillik qazanandan bu günədək İran rəsmi Bakı ilə heç vaxt mehriban qonşuluq siyasəti yürütməyib:
“İran işğalçılara göstərdiyi dəstəyi dansa da, ortada video görüntülər, sənədlər, faktlar var. İran heç vaxt çirkin simasını bu faktlar qarşısında gizlədə bilməyəcək”.
Fuad Əliyev qeyd edib ki, özünü İslam dövləti, islami qaydalarla hakimiyyəti idarə edən heç bir ölkə zülmkarın, işğalçının yanında ola bilməz:
“İslam dini, sülh, bariş, ədalətli bir dindir. İslamda göstərilməyib ki, zülmkara, Allahın evini dağıdan, onu təhqir edənlərə qucaq acılsın. İran bu çirkinliklərə imza atıb. Minlərlə günahsız insanı - uşaqları, qocaları, qadınları qətlə yetirən, əsir götürüb şikəst edən, məscidləri, tarixi dini abidələri məhv edən, dağıdan işğalçı ermənilərə kömək edən ölkə heç vaxt İslam adını daşımağa layiq ola bilməz”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”