“Həmişə bu tariximizlə öyünəcəyik”

07:38 29-09-2021 | icon 489 | Siyasət
“Həmişə bu tariximizlə öyünəcəyik”

Tural Abbaslı: “Digər tarixi torpaqlarımızın da işğaldan azad olunmasının təməli qoyulmalıdır”

 

“Azərbaycanın rəşadətli ordusu, qeyrətli oğulları vətən-millət, qeyrət-namus uğrunda düşmən üzərinə yeridilər və şükr Allaha ki, 44 günlük qısa müddətdə Azərbaycan öz ərazilərini işğaldan azad elədi. Millətin yaşadığı çatışmazlıq kompleksi aradan qalxdı. Qarabağın işğaldan azad olunması bizim növbəti tarixi torpaqlarımızın işğaldan azad olunmasının təməlini qoymaldır”.

 

Versus.Az xəbər verir ki, bunu 27 sentyabr anım günü ilə bağlı açıqlamasında şəhid qardaşı, Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.

 

Partiya sədri 27 sentyabrı Azərbaycan tarixinin əsas günlərindən biri kimi önə çəkərək, artıq 30 ildir ki, işğalda qalan torpaqlarımızın azadlığının, düşmən tapdağından xilas olmasının məhz həmin gündən başladığını xüsusi qeyd edib:

 

“Bizim dövlət olaraq bütövlənməyimiz, psixoloji olaraq 90-cı illərdə aldığımız o məğlubiyyət travmasından çıxmağımız üçün  bizə qələbə lazım idi. 27 sentyabrda nəhayət ki, uzun illərdən bəri gözlənilən, tələb olunan “irəli” əmri verildi. Müharibənin ən ağrılı yeri şəhidlərimiz, qazilərimiz, valideynlərini itirib yetim qalan övladlar, gözüyaşlı qalan analar, gözüyolda qalan gəlinlərdir. Amma hər bir uğurun bir bədəli var. Təbii ki, 3 mindən artıq şəhidimiz 10 milyonluq xalqa, bu torpağın azadlığı naminə öz canlarını qurban verdilər.  Düşünürəm ki, bu, gələcək nəsillərə bir örnəkdir, bir izdir. Biz həmişə bu tariximizlə öyünəcəyik. Bizim üzərimizə düşən budur ki, şəhidlərin bizə əmanət qoyduğu vətənə əmanət çıxmaq, onların ailələrinə sahib çıxmaq və bu uğur yolunu davam etdirmək lazımdır. Qarabağın işğaldan azad olunması bizim növbəti tarixi torpaqlarımızın da işğaldan azad olunmasının təməlini qoymalıdır. Biz bu istiqamətdə siyasi, iqtisadi və hərbi hazırlıqlarımızı davam etməliyik”.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır