“Tək bu ifadə ilə dünyaya böyük bir mesaj verildi”
Vüqar Rəhimzadə: “Azərbaycan-Türkiyə dostluğu düşmənə layiqli silləsini vurur”
Türkiyə-Azərbaycan münasibətləri tarixdə görünməyən bir dövrünü yaşayır. Ölkə başçısı İlham Əliyevin Türkiyənin “Anadolu” Agentliyinə verdiyi müsahibədə bu yöndə maraqlı məqamlara toxunulub. Prezident bu dostluq, qardaşlıq strateji müttəfiqlik əlaqələrinin daha yüksək nöqtəyə çatacağını vurğulamaqla maraqlı məqamlara diqqət çəkib.
Türkiyə-Azərbaycan dostluğu dünyaya nəyi diqtə edir?
Versus.Az xəbər verir ki, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Türkiyə və Azərbaycan prezidentlərinin ən yüksək kürsülərdən bir-birinin haqlarını müdafiə etdiklərini bildirib. Bu əlaqələr dostları sevindirir, düşmənlərimizi narahat edir.
V.Rəhimzadə Türkiyə-Azərbaycan dostluğunun Bir Millət, İki Dövlət prinsipinə söykənərək dünyada analoqu olmayan münasibətləri formalaşdırdığını deyib. Onun fikrincə, bu münasibətlər, kifayət qədər zəngin, eyni köklərə, eyni ənənəyə bağlı olan əlaqələr çərçivəsində inkişaf eliyən bir formuladır:
“Biz tarixən bu ölkələrin bir-birinə xoş münasibətlərini, bir-birinə arxa-dayaq durmasını və bu münasibətlərin yüksələn xət üzrə inkişafetmə dinamikasının şahidi olmuşuq. Hazırda Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvə nöqtəsindədir. Hesab edirəm ki, bu, heç bir ölkə arasında olmayan bir münasibətdir. Bu, iki qardaşın bir ruhla yaşaması münasibətidir. Bu, əvəzolunmaz, təkrarsız münasibətdir. Bunun əbədi olacağına heç kəsin şübhəsi olmasın. Bu gün həm ölkə başçısı cənab İlham Əliyev, həm Türkiyə prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan dövlət başçıları səfiyyəsində, fərdlər səviyyəsində bu münasibətlərin inkişafına töhfələr verir ki, bu da isti münasibətlərin zənginləşməsində mühüm faktorlardan biridir”.
Rəhimzadə Prezident İlham Əliyevin “Anadolu” Agentliyinə verdiyi müsahibədə dediyi “Əgər bütün qonşular Türkiyə və Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı” fikirlərini sitat gətirərək, tək bu ifadə ilə dünyaya böyük bir mesajın verildiyini qeyd edib:
“Bu, fəlsəfi və eyni zamanda real həqiqətləri özündə əks etdirən, insanı düşünməyə vadar edən fikirlərdir. Əlbəttə regionda, dünyada Türkiyə-Azərbaycan münasibətlərinin təkrarı olsaydı, dünya dövlətləri bu təcrübədən yararlanıb inkişaf etsəydi, bu qədər münaqişələr, qlobal problemlər olmazdı. Ona görə də Türkiyə-Azərbaycan münasibətləri təkcə region üçün yox, dünya üçün bir nümunədir. Bəli, dünya ölkələrinin ən azı buna yaxınlaşacaq isti münasibəti olsaydı, əlbəttə ki, region, dünya, insanlıq naminə böyük töhfələr verilərdi”.
V.Rəhimzadə qeyd edib ki, bu gün əksinə, Türkiyə-Azərbaycan münasibətləri inkişaf etdikcə, hansısa qüvvələr bu qardaşlığı pozmaq üçün əlindən gələni edir. Onun sözlərinə görə, Azərbayan bir dövlət olaraq gücləndikcə, dostlarımız artdıqca, düşmənlər də aqressivləşir:
“Türkiyə ilə münasibətlərimiz yüksəldikcə, bizə dost olmayan ölkələrin qısqanclığı artır və özünün aqressivliyini müəyyən həmlələrlə nümayiş etdirirlər. Hətta bəzi ölkələrdə müəyyən quruplar var ki, ölkəmizə qarşı qərəzli çıxışlarından qalmırlar. Bu qrupların təsiri altında olan dövlət və yaxud dövlət rəsmiləri Türkiyə-Azərbaycan dostluğunu həzm edə bilmirlər. Təbii ki, bizə qarşı düşmənçilik edən dövlət Ermənistan və ona havadarlıq edənlərdir. Lakin Azərbaycan-Türkiyə dostluğu, qüdrəti artdıqca, düşmənə layiqli silləsini vurur”.
GÖZƏL
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”