MMP sədri bu dəfə Şuşaya gedəcək
Hafiz Hacıyev: "Səfər planına tək Şuşa deyil, digər ərazilər də daxil edilə bilər"
Siyasi partiyaların rəhbərlərinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri planlaşdırılır.
Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında bildirib ki, artıq Şuşaya səfərə hazırlaşırlar.
O qeyd edib ki, səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşacaq:
“Siyasi partiya sədrləri ilə ötən toplantıda bu haqda söhbət açılmışdı. Səfər planına tək Şuşa deyil, digər ərazilər də daxil edilə bilər. Bununla bağlı məsələ hələlik dəqiqləşməyib. Amma yaxın vaxtda Şuşaya getməyimiz gözlənilir”.
Qeyd edək ki, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin təşəbbüsü ilə bundan öncə də partiya sədrlərinin azad olunmuş ərazilərə səfərləri təşkil edilib. Lakin Şuşaya nəzərdə tutulan bu səfər partiya sədrləri üçün 30 il sonra gerçəkləşən ilk olacaq.
Xatırladaq ki, bundan əvvəl siyasi partiya sədrlərinin Ağdama səfəri təşkil olunmuşdu.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”