BƏYANAT: Azərbaycana qarşı Avropa Şurasında qərəzli qətnamə qəbul olunub

12:04 01-10-2021 | icon 962 | Siyasət
BƏYANAT: Azərbaycana qarşı Avropa Şurasında qərəzli qətnamə qəbul olunub

"Yaxşı olardı ki, AŞ PA Ermənistanı konstruktiv mövqeyə gətirsin"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) AŞ-nin Parlament Assambleyası “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı hesabatına dair Bəyanat qəbul edib.

 

Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:

 

"ALDP hesab edir ki, Azərbaycana qarşı Avropa Şurasında qərəzli qətnamə qəbul olunub.  AŞ PA hesabatında Azərbaycanın xoşməramlı təşəbbüsləri görmək istəmir və Ermənistanın qeyri-konstruktiv mövqeyini ört-basdır edir. AŞ PA-nın hesabatında qeyri-qanuni olaraq "Dağlıq Qarabağ" ifadəsindən istifadə edilir. Azərbaycan dəfələrlə bəyan edib ki, artıq "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur və Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonun yaradılması ilə bağlı sərəncam imzalayıb. AŞ PA-nın "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsi Azərbaycanın ərazi bütövlüyünə qarşıdır.

 

30 ilə yaxın bir müddət ərzində Azərbaycan əraziləri erməni işğalı altında olub, yüz minlərlə azaərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşüb, minlərlə mülki şəxs, qadınlar, uşaqlar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Nə AŞ PA, nə də ki, ATƏT-in səsi çıxmayıb. BMT-nin məlum qətnamələri kağız üzərində qalmışdı, Minsk qrupu 30 ilə yaxın müddət ərzində diplomatik turizm kimi münaqişəni dondurmaqla məşğul olub, münaqişənin həllində heç nəyə nail olmayıb.

 

ALDP hesab edir ki, bu cür AŞ PA-nın tövsiyə xarakterli qətnamələr və hesabatları regionda sülhə və əməkdaşlığa mane olur. Bundansa, yaxşı olardı ki, onlar Ermənistanı konstruktiv mövqeyə gətirsinlər.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır