“İmkan verin benzini gətirim, görün qiymətlər necə ucuz olacaq”

07:06 04-10-2021 | icon 614 | Siyasət
“İmkan verin benzini gətirim, görün qiymətlər necə ucuz olacaq”

Fuad Əliyev bahalaşmanın qarşısının alınması ilə bağlı hökumətə müraciət etdi

 

Son vaxtlar 1 ildə 4 dəfə bahalaşan benzinin qiymətinin niyə qaldırılması ətrafında aparılan müzakirələr nədənsə məntiqi nəticə vermir. Səbəbləri isə müxtəlifdir. Hər halda, ölkənin ağıllı adamları bu istiqamətdə nə qədər baş sındırıb hesablamalar aparsalar da, bazar qiymətləri enmir ki, qalxır. Niyə?

 

Qiymət artımı və əhalinin sosial-məişət həyatının yaxşılışdırması ilə bağlı Versus.az-a açıqlama verən və çıxış yollarını göstərən ALDP sədri Fuad Əliyev maraqlı nüanslara diqqət çəkməklə hökumətə təkliflər verib.

 

ALDP sədri bildirib ki, son vaxtlar benzinin qiymətinin artması sözsüz ki, qiymət artımına təsir edir. Onun fikrincə, problem tək benzinin qiymətinin qalxmasında deyil:

 

“Benzini özümüz istehsal etsək də, qiymətlər düşməyəcək, çünki”

 

“İnsanlarımız gündəlik aldıqları ərzaqların qiymətinin qalxmasını hər gün müşahidə edirlər. Əgər ayın əvvəlində bir məhsulun qiyməti tutaq ki, 2 manat olursa, ayın axırına qədər az qala 30 faiz qalxmış olur. Ən pisi odur ki, belə hallara qarşı heç bir reaksiya verilmir. Hesab edirəm ki, bu cür qiymət artımı sünidir”.

 

SOCAR-ın benzinlərin qiymətlərini qaldırmasını dünyada baş verən qiymət artımı ilə əlaqələndirildiyini deyən F.Əliyev, bu istiqamətdə baş verən müəyyən yanlış və reallıqlara diqqət çəkib. Onun fikrincə, qiymət artımının qarşısının alınmasının yolları var:

 

“Mən saytınız vasitəsilə hakimiyyətə mesaj göndərirəm ki, mənə imkan yaradın mən o benzini gətirim və baxın görün necə ucuz olacaq. SOCAR-ın prezidenti və nümayəndələri qeyd edirlər ki, bizdə o benzinin istehsalı olmadığına görə, xammalı alırıq və gətirilməsi bizə baha qiymətə başa gəlir. Belə qeydlər var ki, bir neçə ilə Azərbaycanda zavod tikiləcək və benzini artıq özümüz istehsal edəndən sonra qiymətlər düşəcək. Amma mən deyirəm ki, hətta o zavod tikilib qurtarandan sonra, benzini özümüz istehsal etsək də, qiymətlər düşməyəcək. Əksinə, qalxacaq. Çünki özümüzün istehsal etdiyimiz məhsullar, adi şirələr belə marketlərdə xaricdən gətirilən mallardan çox bahadır. Tutaq ki, Belarusdan, Rusiyadan gətirilən şirələr 1 manat 30 qəpik olsa da, Azərbaycanda istehsal olunan adi şirələr 1 manat 70 qəpikdir”.

 

ALDP sədri hesab edir ki, qiymət artımı həm də Azərbaycan daxilində fəaliyyət göstərən iş adamları üçün çoxlu problemlərin olması ilə bağlıdır:

 

“Bir tərəfdən vergilər, gömrük rüsumu çoxdur, yaxud da kəndli öz təsərrüfatından əldə etdiyi məhsulu bazara çıxara bilmir. Çünki o, yollarda qanunsuz yoxlanışlara məruz qalır, ondan qanunsuz pullar - rüşvət tələb edirlər. Kəndli də özünün yetişdirdiyi məhsulu aparıb zavadlora vermir. Azərbaycan şirkətləri, iş adamları da məcbur olub xammalı xaricdən gətirirlər. Gətiriləndə də yolda vergilərlə, rüşvətlə rastlaşırlar. Və beləliklə də bazarda qiymət qalxır”.

 

F.Əliyev təklif edir ki, Nazirlər Kabineti Azərbaycan iş adamları üçün geniş imkanlar yaratmalıdır. Belə ki, kiçik və orta sahibkarlar vergidən azad olunmalıdır. Gömrükdə ümumi bir rüsum qoyulmalıdır ki, şirkətlər vergini ödəyə bilsinlər.

 

“Bunlar qiymət artımına, əhali arasında narazılığa səbəb olur”

 

Partiya sədri bu gün iş adamlarına qoyulan rüsumun kəllə-çarxa çıxdığını qeyd edib. Bildirib ki, Azərbaycanda bizim gömrükdə gətirilən 300 dollarlıq mala 60 faiz rüsum qoyulub:

 

“Qonşu Gürcüstanda neft, qaz yoxdur, istehsal yoxdur. Tək turizm və tranzit yoldan gələn gəlirlərlə milyonlar qazanırlar. Amma ordakı qiymətlərə baxın. Ən azı misal çəkə bilərərm ki, avtomobil satışı ilə məşğul olan insanlar 500 manat rüsum verirlər və maşını rahat şəkildə də gətirirlər. Tutaq ki, həmin maşını xaricdən 2000 dollara alırsa, bizdə rüsum olur 5 min dollar. Ona görə də maşının qiyməti olur 8000 dollara. Təbii ki, satan adam da bir xeyir qazanmalıdır və maşın 10 min dollara gəlib çıxır. Bu rüsum, rüşvət hamısı zəncirvari şəkildə qiymətlərin artımına, əhali arasında narazılığa səbəb olur. Məsələn, xaricə, elə Türkiyəyə səfər edənlər bir çox hallarda gedib Gürcüstanın hava yollarından istifadə edirlər. Orda təyyarə qiymətləri daha ucuzdur. Məsələn, mən özüm Amerikaya səfər edəndə heç vaxt AZALla uçmamışam. Amma normal qiymətlər olsaydı, biz o şirkətin xidmətindən istifadə edərdik. Bir neçə dəfə Rusiyaya gedəndə AZALla getmişəm. Etiraf edim ki, AZALın yüksək səviyyədə servisi var. Amma Avropaya, Amerikaya getmək üçün qiymətlər çox bahadır. Ona görə də insanlarımız gedib Tiflisdən uçurlar. Görünən odur ki, qiymətlər Turizmdə də bahadır.

Eyni zamanda qiymət artırsa, əməkhaqları da artmalıdır. Düzdür, əməkhaqları, təqaüdlər ildə iki dəfə qaldırılır. Amma ərzaqların qiyməti əməkhaqları ilə müqayisədə 100 faiz çoxdur”.

 

F.Əliyev benzini Azərbaycana necə ucuz gətirmək imkanlarını açıqlayıb. Bildirib ki, xaricdə açıq satış var və qiymətlər də ucuzdur:

 

“Xarici iş adamları buna görə burda iş qurmaq istəmirlər”

 

“Mən, “mənə imkan yaradın” deyəndə, əsasən korrupsiya, rüşvətin aradan qaldırılmasını qeyd edirəm. Rüşvət, korrupsiya olmasa, Gömrükdə rüsum az olsa, vergi az olsa, qiymətlərdə bahalaşma olmaz. Dəfələrlə iş adamları mənə müraciət ediblər ki, biz sizə malı sata bilərik, amma Azərbaycan sərhədinə qədər, ondan sonra bizlik deyil. Çünki problem gömrükdə, sərhəddə başlayır. Ondan sonra qiymətlər bahalaşır. Xarici iş adamları buna görə burda iş qurmaq istəmirlər. Xatırlatmaq istəyirəm ki, DAEWOO şirkətinin rəhbəri ilk Azərbaycana gəlmişdi. O, burda zavod tikmək istədi. Amma burada ondan o qədər rüşət isətdilər ki, dedi “mən bura həm investisiya qoyuram, hələ sizə rüşvət də verim?” Gedib Özbəkistanda tikdi. Bu gün də DAEWOO maşınları Özbəkistanda istehsal olunur və gətirib Azərbaycanda satırlar”.

 

ALDP sədri məsılıyı keçmiş iş adamı kimi də yanaşaraq, Azərbaycanda bütün sahələr üzrə məsələnin kökündə məmurlaşma və monapoliyaya alınmanın da dayandığını dedi:

 

“Mən keçmiş iş adamı olmuşam. Azərbaycana qayıdanda 3-4 “minizavod”larım olub. Başlayanda normal iş gedirdi. Amma sonra monapoliya başladı və məcbur oldum ki, zavodları bağlayım. 150 işçim olub. Hökumətdən bir şey istəməmişəm. Öz pulum olub”.

 

F.Əliyev hesab edir ki, uğurlu işin qurulması üçün sadəcə islahatlar kökündən aparılmalıdır:

 

“Əməllərinə görə cəza çəkməlidirlər”

 

“Kadrlar düzgün seçilmir. Düzdür, islahatlar aparıldı, vəzifələrə yeniləri gətirildi. Ümid var ki, nəsə dəyişəcək. Amma hesab edirəm ki, bu islahatlar axıra qədər aparılmayıb. Nazirliklər, komitələr, elmlər akademiyasında düzgün islahatlar getməlidir. Elmlər Akademiyasında yaşlı adamı qoyublar rəhbər, elmdən başqa hər şeylə məşğuldur. Bizim gənc, savadlı, potensiallı kadrlarımız var, onları vəzifələrə gətirmək lazımdır. Dövlət başçısı neçə icra başçsını dəyişdi. Özü qeyd etdi ki, bundan qabaqkılar kimi işləsəniz, aqibətiniz onların aqibəti kimi olacaq. İcra başçıları tutuldu, mədəniyyət nazirliyinin bir neçə rəhbərləri saxlanıldı, taladıqları pulların bir qismini dövlətə qaytardılar. Amma sonra bu adamları buraxırlar, bunlar da çıxıb xaricə gedirlər. Lakin onlar öz əməllərinə görə cəza çəkməlidirlər. Təkcə 30-40 milyon qaytarmaqla olmr. Məsələn, “Azərxalça”nın rəhbəri 30 milyon mənimsəyib. Xalqın pulunun yeyilməsi də qiymət artımına səbəb olur. Bunun da cəzasını xalq çəkir. Gömrükdən başlayaraq bu proseslər davam edir. Korrupsiya baş alıb gedir.

Misal üçün, deyirlər ki, zavod olacaq, benzin düşəcək. Amma mən hesab edirəm ki, vəziyyət belə davam edərsə, bu olmayacaq. Məsələn, Pandemiyanın əvvəlində tibbi maska problemi var idi və qiymətlər baha idi. Zavod da tikdilər. Amma maskalar yenə bahadır. Pandemiyadan qabaq 5 qəpk olan maska indi 30-40 qəpikdir, 2 manat 50 qəpiyə olan da var. Eynilə benzin zavodu da olsa, qiyməti qaldıracaqlar”.

 

Partiya sədri hesab edir ki, bu vəziyyətdən çıxmaq üçün məmurları dövlətin pulunu geri qaytarmağa məcbur etməklə yanaşı, onları cinayət məsuliyyətinə də cəlb etmək lazımdır:

 

“Cinayət işlərinə görə tutulan məmurlar məsuliyyətə cəlb olunmalıdırlar. Gömrük rüsumu, vergi rüsumu azalmalıdır. Burda sistem, yanaşma dəyişməlidir. Niyə Gürcüstanda bunu edirlər, biz edə bilmirik? Tək Saakaşvili, bir il ərzində Gürcüstanı korrupsiyadan, rüşvətdən təmizlədi. Orda qiymətlər artır, maaşlar da paralel qalxır. Bu bizdə baş vermir.

Məsələn, Daxili İşlər Nazirliyinə yeni nazir gələndən sonra polis yüksək səviyyədə işləyir. Şikayətçilərin ərizələrinə baxırlar. Mətbuatdan izləyirik ki, sosial şəbəkələrdə işıqlandırılan problemlərə ordan cavab verirlər. Yollarda polis hətta kiminsə maşını xarab olursa, ona kömək edir. Düzdür, vətəndaşları qanunsuz saxlamalar da var. Yeni rəhbər gəlib, istəyir nələrsə baş verisin. Görünür ki, təyin olunan şəxsdən çox şey asılıdır. Rəqabət olmalıdır. İş adamlarına iş qurmağa imkan verilməldir. Bundan qazanan xalq olacaq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır