Hafiz Hacıyevdən Hacı Qalib Salahzadəyə SƏRT CAVAB
"Onun kimilərin bir çoxunun "quyruğ"unu kəsib İrana göndərmişik"
Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Hacı Qalib Salahzadənin onun ünvanına söylədiyi ittihamlara cavab verib.
Versus.Az xəbər verir ki, partiya sədri açıqlamasında İrana casusluq edənlərin Azərbaycandan qovulacağını bildirib.
“Səfir Əhəd Qəzai ilə tanışam. O, Azərbaycanda olandan münasibətlərimiz var. Bu gün Əhəd Qəzai məni deyil, Hacı Qalibin qudası Allahşükürü müdafiə edir. Onlar İrana casusluq edirlər. Biz imkan verməyəcəyik ki, Allahşükürün tör-töküntüləri, nəzir qutusundan pul yığanlar gəlib Azərbaycanda dini dövlət qursunlar. Ona görə də bu adamlar çox yaxın zamanda bir-bir həbsə gedəcəklər. Onun kimilərin bir çoxunun "quyruğ"unu kəsib İrana göndərmişik”.
Hafiz Hacıyev Hacı Qalib Salahzadəni yaşadığı Bilgəh qəsəbəsində vətəndaşların torpaqlarını zəbt etməklə məşğul olan biri adlandırıb:
“Bu adamlar din pərdəsi altında gizlənib ”moşenniklik"lə məşğuldular. Bunların dini-imanı, vətəni yoxdur. Ancaq pul, xalqı aldatmaq, vətəndaşların torpaqlarını zəbt etməklə məşğuldurlar. Hacı Qalibin böyüyü bizim qabağımızda duruş gətirə bilmir, belə cılız adamları qabağımıza çıxarır. Belələrinə əhəmiyyət vermirəm, İran agentləri nə istəyir danışsınlar. Çox yaxın zamanda hamısı həbsə gedəcək".
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”