Eks-spiker dediyini yenə təkrarladı

12:07 07-10-2021 | icon 405 | Siyasət
Eks-spiker dediyini yenə təkrarladı

Rəsul Quliyev: "Bura İranın torpağıdır"

 

Bir müddət öncə internet resurslarında qalmaqallı müsahibəsi yayılan Rəsul Quliyev - Milli Məclisin sabiq sədri eyni fikirləri LAF TV-nin efirində yenidən təkrarlayıb.

 

Qeyd edək ki, əvvəlki müsahibə fars dilində alt yazıları ilə müşayiət olunurdu və Quliyev İran-Azərbaycan mövzusunda danışaraq deyirdi ki, vətənimiz İrandır, 1812-ci ildə Rusiya Azərbaycanın yarısını İrandan qoparıb, ruslar belə etməsəydi, biz İran vətəndaşı olacaqdıq.

 

Həmin fikirləri inkişaf etdirən eks-spiker İranda baş verən inqilabların heç də milli-azadlıq mübarizəsi xarakteri daşımadığını vurğulayıb. O, İranın güclü orduya malik dövlət olduğunu, ona müqavimət göstərməyin faydasızlığını, ABŞ və İraq kimi dövlətlərin İrana bata bilmədiyini qeyd edib.

 

Bu videomüsahibə artıq R.Quliyevin öz köhnə düşüncələrində qaldığını bir daha təsdiq edir.

 

Onu da qeyd edək ki, İran və  erməni mənbələri bu müsahibəni öz dillərinə çevirərək media qurumlarında intensiv və həvəsli bir şəkildə yayırlar. Onlar üçün bir Azərbaycan siyasətçisinin dilindən səslənən bu cür fikirlər göydəndüşmə təbliğat arqumentləridir. /"yeni müsavat/"

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır