"İran güney azərbaycanlı milli fəallardan qisas alır"

12:40 14-10-2021 | icon 498 | Siyasət
"İran güney azərbaycanlı milli fəallardan qisas alır"

"İran sözdə və formal olaraq Azərbaycanı dəstəkləyir, lakin..."

 

Türkiyədə yaşayan güney azərbaycanlı jurnalist Taha Kermani Türkiyənin TGRT HABER telekanalına verdiyi müsahibədə həm Qarabağın azad edilməsinin ildönümü, həm də Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərlə eyni vaxtda İran İslam Respublikasının azərbaycanlı milli və vətəndaş cəmiyyəti fəallarına qarşı kin və intiqam hissi ilə təzyiqlərə əl atması haqqında danışıb.

 

Versus.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı paylaşım edib.

 

“İşğal altında olan Qarabağ ərazilərinin erməni təcavüzkarlarından azad edilməsi məqsədilə 44 günlük müharibənin başlanğıcında İranda azərbaycanlı milli fəallar Qarabağın azad edilməsinə dəstək verdikləri üçün saxlanılırlar və Qarabağın azad edilməsindən bir il sonra və bu qələbənin ildönümündə məhkəmə yekun qərarlar çıxarır. Daha da maraqlısı budur ki, bu günlərdə biz İranla Azərbaycan arasında ümumi sərhədlərdə kritik gərginliyin şahidi oluruq. Bu isə o deməkdir ki, İran İslam Respublikası Arazın bu tayında yaşayan azərbaycanlı soydaşlarından və həmvətənlərindən bu şəkildə qisas alır”, - deyə T.Kermani bildirib.

 

Onun sözlərinə görə, İran İslam Respublikasının öz qonşularına, bölgənin super güclərinə, o cümlədən ABŞ-a qarşı reaksiyaları daim özü üçün fəlakətli və zərərli olub. Buna misal olaraq, Tehran səmasında SEPAH tərəfindən Ukrayna təyyarəsinə raket atılmasını və yüzlərlə mülki sərnişinin qətlə yetirilməsini göstərmək olar. İran sözdə və formal olaraq Azərbaycanı dəstəkləyir, lakin əslində Ermənistan ordusuna logistik və silah dəstəyini gizlədə bilməyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır