Beynəlxalq avtovağzalda bilet qalmaqalı
Vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksindən narazıdır.
Versus.Az xəbər verir ki, şikayətçi iddia edib ki, Bakıdan Tovuz rayonunun Qovlar şəhərinə getmək üçün bilet almaq istəsə də, ona avtobusun Qırmızı Körpü istiqamətində getdiyini bildiriblər:
“Kassir mənə bildirdi ki, Bakı-Qırmızı Körpü avtobusu yola düşür, həmin avtobusla Qovlara gedə bilərsiniz. Mən də razılaşdım və mən 11,90 manata bilet aldım. Mən biletin qiymətinin belə baha olmasını soruşanda kassadakı qız bildirdi ki, bileti Qovlara qədər yox, Qırmızı Körpüyə kimi verib. Mən kassirə öz iradımı bildirdikdə o, mənə dedi ki, hər avtobusda beş nəfərə getdikləri yerə kimi bilet yazılır, qalan sərnişinlərə isə hara getdiyindən asılı olmayaraq, Qırmızı Körpüyə kimi yazılır”.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova açıqlamasında bildirib ki, sakin müraciət edən zaman bilet istədiyi saata marşrut olmayıb:
“Vətəndaşa bildirilib ki, istədiyi saatda Qovlara marşrut olmadığı üçün Qırmızı Körpü istiqamətinə gedə bilər. Həmin istiqamətə də biletin standart qiyməti var. Sərnişinin istədiyi vaxtda gedəcəyi istiqamətə bilet, yaxud marşrut xətti yoxdursa, o zaman ona təklif olunan alternativ xəttə uyğun bilet təklif olunur və biletin də tam qiyməti ödənilməlidir”. /oxu.az/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"