“Hadisələrin kökündə sülhməramlıların da məsuliyyəti var”

18:00 15-10-2021 | icon 325 | Siyasət
“Hadisələrin kökündə sülhməramlıların da məsuliyyəti var”

Yunus Oğuz: “Erməni mətbuatının yaydığı yalanlar təkcə dünənin hadisəsi deyil”

 

“Bizim media erməni silahlılarının Azərbaycan ərazisində törətdiyi cinayətlərlə bağlı informasiyaları araşdırmalı, ölkədə və dünyada ictimai fikri düzgün formalaşdırmaq üçün analitik yazılara önəm verməlidir. Dünya ictimaiyyəti Azərbaycan həqiqətləri barədə çox eşitməli, bilməlidir və bu istiqamətdə medianın üzərinə böyük missiya düşür”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Vəhdət Partiyasının sədri, “Olaylar” qəzetnin redaktoru Yunus Oğuz erməni silahlılarının Azərbaycanda törətdiyi hərbi cinayəti, terroru nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqanın şəhid olması və erməni mətbuatının yaydığı yalanlara qarşı Azərbaycan mətbuatının hansı addımlar atması ilə bağlı açıqlamasında bildirib.

 

Y.Oğuz qeyd edib ki, erməni silahlılarının törətdiyi hərbi təxribatlar, erməni mətbuatının bunun fonunda yaydığı yalanlar təkcə dünənin hadisəsi deyil, bu, zaman-zaman təkrar olunur. Y.Oğuz Kəlbəcərdə də ermənilərin belə bir təxribat törətməsinə diqət çəkərək, bu hadisənin bir gün qabaq Moskvada Azərbaycan, Rusiya Ermənistanın dini rəhbərlərin görüşü ərəfəsində törədilməsini vurğulayıb:

 

“Ermənilər dünyaya göstərmək istəyirlər ki, Qarabağda ordu var, münaqişə var və bunu beynəlxalq səviyyəyə çıxarmaq istəyirlər. Fakt budur ki, Qarabağ münaqişəsi bitib və artıq dünya Zəngəzur dəhlizinin açılmasına, sərhədlərin delimitasiya və demorkasiyasına foksalanıb. Regionda maraqlı olan qüvvələr Böyük sazişin imzalanmasının qarşısını almağa çalışırlar. Belə təxribatlar olsa da, müvəqqətidir, çox uzun sürə bilməz”.

 

Y.Oğuz hesab edir ki, bu kimi hadisələrin kökündə sülhməramlıların da məsuliyyəti var:

 

“Əgər sülhməramlılar 10 noyabr sazişinə əməl edə bilmirlərsə, ərazidən çıxmalıdır və dövlətimiz də bu tələblə çıxış etməlidir. Əgər sülhməramlılar erməni silahlılarını ərazidən çıxarmaq istəmirlərsə, o zaman Azərbaycan antiterror əməliyyatı keçirməli, erməni yaraqlıları hamısı Ermənistana göndərilməlidir”.

 

Y.Oğuz bildirib ki, hətta dünən Azərbaycan əsgərinə o gülləni atanın kimliyi bilinməsə də, cinayətkar öz cəzasını almalıdır:

 

“Ola bilər ki, bunu rus sülhməramlıları edib. Çünki ruslar da burda gərginliyin qalmasında maraqlıdır. Çünki gərginlik nə qədər çox olarsa, Rusiya sülhməramlıları da bir o qədər çox regionda qalacaq. Bəlkə bunu sülhməramlılar edib. Bunu araşdırmaq lazımdır”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır